Səudiyyə Ərəbistanı neft hasilatını azaltmayacaq
Tarix: 24.02.2016 | Saat: 23:42:00 | E-mail | Çapa göndər


ABŞ neft bazarının özü-özünü tənzimləməli olduğu qənaətindədir
Səudiyyə Ərəbistanı xam neft hasilatını azaltmayacaq. Bu sözləri Səudiyyə Ərəbistanının neft naziri Əli ibn İbrahim ən-Nuaymi deyib. O, keçən həftə Səudiyyə Ərəbistanı, Venesuela, Qətər və Rusiya ilə qəbul edilən xam neft hasilatının yanvardakı səviyyədə saxlamaq qərarının bazara müsbət təsir etdiyin bildirib.

Neft istehsalçısı ölkələri arasındakı inamın az olduğunu qeyd edən nazir deyib: “Hasilatı azaltma ilə bağlı fikirlərlə vaxt itirməyə ehtiyac yoxdur. Çünki hasilatı azaltmayacağıq”. Xatırladaq ki, fevralın 16-da Qətərin paytaxtı Dohada Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv bəzi ölkələr - Səudiyyə Ərəbistanı, Qətər və Venesuela ilə Rusiyanın neft nazirlərinin keçirdiyi görüşdə xam neft hasilatının stabil saxlanılmasına dair razılığa gəlinib. Görüşdə hasilatın yanvarın 11-də razılaşdırılan səviyyədə dondurulması barədə qərar qəbul edilib. İranın neft naziri Bijən Namdar Zəngənə Səudiyyə Ərəbistanı və Rusiyanın İrana ünvanladığı xam neftin hasilatını dondurmaq barədə təklifini gülünc adlandırıb. Nazir hasilatın yanvardakı səviyyədə dondurulması təklifinin İranın önünə real olmayan tələblər qoyduğunu deyib. İrana neft hasilatını dondurması təklifi gülüncdür. Bu arada bəlli olub ki, ABŞ xam neft hasilatının səviyyəsinin dondurulması təklifinə “isti” yanaşmır. ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun xüsusi nümayəndəsi Amos Hoçsteynin fikrincə neft bazarı özü-özünü tənzimləməlidir. A.Hoçsteyn ABŞ-ın neft hasilatçısı və istehlakçıları ilə hər zaman qarşılıqlı əlaqədə olduğunu deyib: “Biz neft hasilatçıları və istehlakçıları ilə danışıqlar aparırıq. Hesab etmirik ki, hökumət məsələyə müdaxilə edib süni tənzimləmə həyata keçirməlidir. Axı kimin nə qədər neft hasil edib, nə qədər ixrac edəcəyinə qərar verə bilmərik”.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info