“İnsan hüquqları bütün dünyada pozulur”
Tarix: 24.02.2016 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Avropa Birliyi qitəyə üz tutan qaçqınların hüquqlarının pozulmasına məsuliyyət daşıyır

İnsan hüquqları humanizm və maarifçilik dövründə insanların təbii və düşüncədən irəli gələn subyektiv hüquqlarını ehtiva edir. İnsan hüquqlarının əsas konsepsiyası ondan ibarətdir ki, bütün insanlar insan olmalarına görə eyni hüquqa malik olmalı və bu hüquqlar hamıya şamil edilməlidir. Lakin, gəlin diqqət yetirək: dünyada buna əməl edilirmi?
Belə ki, “Amnesty International” təşkilatının dünyanın 160 ölkəsində insan hüquqlarına dair dərc etdiyi hesabata istinad edən TASS informasiya agentliyi insan hüquqlarının, demək olar ki, bütün dünyada pozulduğunu və bunun son 70 ildə, hətta təhlükəli dərəcədə artdığı barədə məlumat verir. “Son 70 ilə ərzində ağır iş şəraiti insanların tərəqqisinə böyük təhdidlər yaratmaqdadır”,- deyə “Amnesty International” təşkilatının baş katibi Salil Şetti bildirir. Onun sözlərinə görə, hazırda insan hüquqları deyil, həm də bu hüquqları təsbit edən qanunlar da təhlükə altındadır: “Bu gün dünyanın bütün nöqtələrində -Venesueladan tutmuş Misirə qədər, Konqo Demokratik Respublikasından tutmuş Çin Xalq Respublikasına qədər bütün dövlətlərdə insan hüquqlarının pozulması müşahidə edilir”. “Amnesty International” təşkilatı ötən il dünyanın 122 ölkəsində insanlara göstərilən pis rəftarla bağlı sənədləşmə tərtib edib. Bunların sırasında daha çox ifadə azadlığı ilə bağlı çıxış edən hüquq müdafiəçiləri və jurnalistlər yer alıb. Qeyd edək ki, təşkilata 30-dan artıq ölkə tərəfindən vətənindən qaçqın düşənlərin geri qaytarılmasına yardımçı olmaq üzrə də müraciətlər daxil olub. Bunlar əsasən, öz ölkələrində silahlı qruplaşmalar tərəfindən təhdidlərə məruz qalmış və hərbi əməliyyatlar nəticəsində hüququ pozulmuş insanlardır. Xatırladaq ki, bu sahə dünyada insan hüquqlarının pozulması ilə bağlı ən ağrılı yerlərdən biridir və hətta belə demək olarsa, lap acınacaqlı vəziyyətdədir. Bu gün dünyanın ayrı-ayrı bölgələrinə səpələnmiş, təqribi hesablamalara görə 15 milyondan artıq qaçqının hüququ hər an təhdid altındadır. “Amnesty International” təşkilatı daha çox Avropaya üz tutan Yaxın Şərq qaçqınlarının hüquqlarının pozulmalarına görə Avropa Birliyini tənqid edir: “Avropa Birliyi 500 milyon nəfərdən artıq əhalisi olan dünyanın ən zəngin siyasi birliyidir. Lakin bu birlik qaçqınlara insan hüquqlarına cavab verə biləcək hörməti təmin edə bilmir”. Məhz buna görə də, «Amnesty International» təşkilatı dünya liderlərini insan hüquqlarına hörməti təmin etmək üçün mümkün olan bütün səyləri nümayiş etdirməyə çağırış edib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi
14.11.2018
Türkmənistan qazı TAPI boru kəməri ilə iki il ərzində Pakistana çatdırılacaq
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info