Almaniyada hər 5 uşaqdan biri yoxsulluq həddində yaşayır
Tarix: 24.02.2016 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


Almaniya iqtisadiyyatının vəziyyəti ilə bağlı müxtəlif fikirlər səslənsə də, ölkədə yoxsulluq azalmır. Xüsusilə işsizlər, təqaüdçülər və təkbaşına uşaq saxlayanlar yoxsulluq riski ilə qarşı-qarşıyadır. Almaniyada yoxsulluq Şərqdən Qərbə doğru hərəkət edir və xüsusilə də bu, yaşlılara
təsir edir.

Sosial təşkilatların Berlində açıqladığı hesabatda iqtisadiyyatdakı bəzi irəliləyişlərə baxmayaraq, yoxsulluq riskinin hələ də yüksək olduğu və Almaniyada 12,5 milyon adama təsir etdiyi qeyd edilib. Hesabata görə ən çox işsizlər ölkənin qərbindəki Rur bölgəsinə düşür - bura yoxsulluq bölgəsinə çevrilməkdədir. Almaniya səviyyəsində yoxsulluq riskində ən çox enişin olduğu əyalətlər kimi Bremen, Berlin və Mecklenburg-Vorpommern olaraq qeyd edildiyi halda, yoxsulluq riskinin ən çox artdığı bölgə, riskin 20 faiz ilə ən yüksək səviyyəsinə çıxdığı Rur bölgəsi olub. Qeyd edək ki, AB səviyyəsində orta gəlir səviyyəsi 60 faizdən aşağı olan şəxslər yoxsulluğun astanasında sayılır. Almaniyada yoxsulluq astanası yalnız yaşayanlarda ayda 917 avro, tək başına 6 yaşın altında bir uşaq yetişdirənlər üçün 1.192 avro və kiçik uşaq sahibi cütlük üçün 1651 avrodur. Bu, uşağın yaşına görə dəyişir və məktəb yaşındakı iki uşaqlı bir ailədə 2 min 100 avroya qədər yüksəlir. Xatırladaq ki, ölkədəki yoxsulluq nisbəti 2006-cı ildə 14 faiz olduğu halda, 2013-cü ildə 15,5 faizə qədər çıxaraq rekord səviyyəyə çatmışdı. Yenə Federal Statistika Dairəsinin 2013-cü ilin rəqəmlərinə görə, ölkədəki ən zəngin 10 faiz seqment ümumi zənginliklərin 51,9 faizinə sahib olduğu halda, ən yoxsul 50 faiz əhali isə ölkə zənginliklərinin yalnız 1 faizinə sahibdir. Almaniyada yoxsulluq risk nisbəti 2014-cü ildə 15,4 faiz olaraq qeydə alınıb. Uşaqlar arasındakı yoxsulluq 19 faiz ilə ortalamanın üstündə seyr edir. Uşaqların yarısı təkbaşına uşaq yetişdirən valideynlərin yanında yaşayır. Pensiyaçılar arasında yoxsulluq risk nisbəti də ilk dəfə 15,6 faiz ilə ortalamanın üstünə çıxıb.

3 milyon 400 min təqaüdçü yoxsulluq həddində yaşayır
“Paritatischer Verband” xeyriyyə təşkilatının direktoru Ulrich Schneider qeyd edib ki, hazırda 3 milyon 400 min təqaüdçü yoxsulluq həddində yaşayır. Son on ildə təqaüdçülər arasında yoxsulluğun digər əhali qruplarına görə onqat daha sürətli artdığına diqqət çəkən Schneider, Almaniyaya 2015-ci ildə qəbul edilən bir milyon miqrantın bu vəziyyətə təsirinin isə ancaq bu insanlar evlərdə yaşamağa başladıqdan sonra ortaya çıxacağını qeyd edib. Qaçqınlara kömək qurumu olan “ProAsyl”ın inzibati direktoru Günter Burkhardt da miqrantların inteqrasiya prosesində yol verilən səhvlərin bu qrupdakı yoxsulluq riskini böyük ölçüdə artırdığı xəbərdarlığını edib.

Uşaqlar arasında yoxsulluq sürətlə artır
Ümumiyyətlə, aparılan araşdırmalara görə, Almaniyada 15 yaşın altındakı hər 5 uşaqdan birinin yoxsulluq həddi altında yaşadığı üzə çıxıb. Avropanın ən güclü iqtisadiyyatına sahib olan Almaniyada iqtisadi artıma baxmayaraq, işsizliyin 6,3 faiz olduğu, yoxsulluq həddində yaşayanların sayının isə artdığı qeyd edilir. Xüsusilə uşaqlar arasında müşahidə edilən yoxsulluğun artım sürəti narahatlıq yaradır. Alman Uşaq Kömək Təşkilatının hesabatına görə, 15 yaşın altındakı hər beş uşaqdan biri, başqa sözlə, 3 milyona yaxın uşaq yoxsulluq həddində yaşayır.
Ölkəyə gələn qaçqın ailələrinin böyük əksəriyyətinin orta və uzunmüddətli yoxsulluq təhlükəsi altında yaşayacağını nəzərə alanda, yoxsul uşaq sayının daha da artacağı gözlənilir. Bu uşaqların 11 faizi qış geyimlərinə sahib deyil, 15 faizi isə qeyri-sağlam iqamətgahlarda yaşayır. Bu uşaqların 76 faizi tətilə gedə bilmir, 14 faizinin evdə internet istifadə etmə imkanı yoxdur. Ən əhəmiyyətli problemlərdən biri də odur ki, maddi vəziyyəti yaxşı olmayan ailələr, uşaqlarının təhsilinə kifayət qədər imkan yarada bilmir. Ailənin sosial-iqtisadi şəraitindən asılı olaraq yoxsul uşaq pis təhsil və tədris şəraiti ilə qarşı-qarşıya qalır və yoxsulluq dövründən çıxma şansı daha kiçik yaşda daralır. Mütəxəssislər Almaniya dövləti tərəfindən yoxsul uşaqlar üçün təqdim edilən imkanları yetərli hesab etmir və illərdir 0-16 yaş qrupu arasında olan uşaqlara pulsuz baxım və təhsil proqramları təqdim edilməsini tələb edirlər. Yaşıllar Partiyasından millət vəkili Ekin Deligöz deyib ki, qaçqınlar arasında yoxsullaşma ehtimalı yüksəkdir. Yaxşı təhsil ala bilməyən bu kateqoriyalı insanları gələcəkdə işsizlik və yoxsulluq gözləyir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info