UNEC magistrantları dissertasiyalarını ictimaiyyət nümayəndələri qarşısında müdafiə edib
Tarix: 25.02.2016 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Fevralın 24-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Magistratura Mərkəzində qiyabi təhsil üzrə magistr dissertasiyasının müdafiəsi keçirilib. “Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” devizi altında keçirilən müdafiənin gedişini təhsil mütəxəssisləri, valideynlər, QHT və KİV nümayəndələri izləyiblər. Əməkdar elm xadimi, professor Şahlar Əsgərov, “XXI Əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, təhsil üzrə mütəxəssis Nadir İsrafilov, ölkənin tanınmış mətbu orqanlarının nümayəndələri və valideynlər müdafiə prosesini yaxından izləyiblər. Müdafiədən sonra QHT və KİV nümayəndələri “Radio UNEC”in qonağı olublar. Müdafiə ilə bağlı sualları cavablandıran professor Şahlar Əsgərov magistrantların biliyini yüksək qiymətləndirib. UNEC-də bakalavrların imtahan prosesində də iştirak etdiyini deyən Etibar Əliyev, müdafiənin yüksək səviyyədə olduğunu qeyd edib. Mövzuların dövrün iqtisadi paradiqmaları ilə səsləşdiyini və belə uğurlu müdafiə edən gənclərin Azərbaycan iqtisadiyyatında önəmli yerlər tutacaqlarını bildirib. Əliməmməd Nuriyev bakalavrların imtahanlarında olduğu kumu, müdafiədə də biliyin obyektiv qiymətləndirilməsi üçün yüksək şərait yaradıldığını və mövzuların bank sektoru ilə bağlı ən müasir tələblərə cavab verdiyini söyləyib. Təhsil üzrə ekspert Nadir İsrafilov imtahan prosesində şəffaflığın təmin edilməsinin ölkənin bank sektorunun inkişafında müsbət addım kimi dəyərləndirib. 2015/2016-cı tədris ilində müdafiəyə 122 magistrant buraxılıb. Magistrantların elmi işləri “unec.edu.az” saytında yerləşdirilib. Dissertasiya müdafiəsi fevralın 17-də başlayıb və ayın sonunadək davam edəcək. Obyektivliyi və aşkarlığın təmin etmək məqsədilə müdafiə ictimaiyyətə açıq keçirilir.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info