“Kaspi” liseyində Xocalı soyqırımı ilə bağlı ədəbi-bədii kompozisiya təqdim olunub
Tarix: 25.02.2016 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar dünən “Kaspi” liseyinin və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşəbbüsü ilə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi mövzusunda tədbir keçirilib. Respublika Veteranlar Təşkilatının nümayəndələrinin, veteranların, ziyalıların, liseyin müəllim və şagirdlərinin qatıldıqları tədbirdə əvvəlcə uşaqların Xocalı faciəsinə dair əl işlərindən ibarət sərgiyə baxış olub.
“Kaspi” Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri Sona Vəliyeva çıxış edərək tədbirin məqsədinin Xocalı faciəsinin 24-cü ildönümündə veteranlarla görüş olduğunu bildirib. Sona Vəliyeva gənclərimizin, o cümlədən şagirdlərin Azərbaycan ilə bağlı tarixi həqiqətləri, xalqımıza qarşı törədilən faciələri dərindən bilmələri baxımından belə tədbir və görüşlərin əhəmiyyətini vurğulayıb. Ermənilərin xalqımıza qarşı törətdikləri faciələrin “dənizdən dənizə böyük Ermənistan” xülyasının reallaşdırılması planının tərkib hissəsi olduğu xüsusilə diqqətə çatdırılıb. “Kaspi” Təhsil Şirkətinin təsisçisi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda törətdiyi soyqırımı, onun səbəb və nəticələri haqqında şagirdlərə ətraflı məlumat verib. Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev tariximizin və ölkəmizlə bağlı həqiqətlərin gənclərə öyrədilməsi baxımından belə tədbirlərin əhəmiyyətini vurğulayıb, bu görüşün təşkilinə görə veteranlar adından lisey rəhbərliyinə minnətdarlığını çatdırıb. O deyib ki, hazırda ölkə gənclərinin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilir. Torpaqlarımızın işğaldan azad edilməsi üçün Prezident tərəfindən ardıcıl və qətiyyətli iş aparılır. Azərbaycanın güclü ordusunun yaradılması, müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, veteranlara qayğı məhz bu fəaliyyətin nəticələridir. Dadaş Rzayev ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdikləri soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının, həmçinin belə faciələrdən ibrət götürülməsinin vacibliyini gənclərin diqqətinə çatdırıb. Biz bu faciədən ibrət götürməli, düşmənə layiqli cavab verməyi bacarmalıyıq. Belə şərəfli missiyanı isə yalnız vətənpərvər, torpağına bağlı insanlar yerinə yetirə bilər. Hazırda gənclərimizin məhz bu ruhda yetişməsi bizi sevindirir. Digər çıxış edənlər Veteranlar Təşkilatının cəmiyyətimizin həyatında və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını qeyd ediblər. Bildirilib ki, bu gün veteranlarımız müharibə şəraitində olan Azərbaycanda hərbi vətənpərvərlik tərbiyəsinin güclənməsi, gənclərimizin milli ruhda tərbiyəsi işinə verdikləri töhfələri davam etdirməli, zəngin təcrübələrini gənc nəslə ötürməlidirlər. Sonda şagirdlərin ifasında Xocalı soyqırımı ilə bağlı ədəbi-bədii kompozisiya təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Ətraf mühitin problemləri və onların həlli yolları müzakirə edilib
20.02.2019
Qaraciyəri bərpa etməyin sadə və ucuz üsulu
20.02.2019
İslamda millət və din anlayışı
20.02.2019
Narkotik vasitələrin sərhəddən qeyri-qanuni gətirilməsi cəhdinin qarşısı alınıb
20.02.2019
Prezident Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında iştirak edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info