“PYD-YPG də “İŞİD” kimi atəşkəsə daxil edilməməlidir”
Tarix: 25.02.2016 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


“Suriyadakı atəşkəsi dəstəkləyirik, amma atəşkəs “İŞİD” və “Ən-Nüsra” kimi, PYD-YPG-yə də şamil olunmamalıdır, çünki PYD-YPG də terror təşkilatıdır”. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada muxtarlarla 21-ci görüşündə çıxış edərkən deyib.
O, Ankarada fevralın 17-də baş verən terror aktını PKK, PYD və YPG-nin həyata keçirdiyini söyləyib: “Bunların terror təşkilatı olduğunu anlamaq üçün bombaların başqa paytaxtlarda da partlaması lazımdır?”.
Ərdoğan Rusiyanın və rus xalqının düşməni olmadıqlarını vurğulayıb: “Rusiya ilə dostluğumuz çox yüksək səviyyədə idi, Strateji Əməkdaşlıq Şurası yaradılmışdı. Ticarətimiz 35 milyard dollara çatmışdı və 100 milyarda çatdırmaq planlaşdırılırdı. 4 milyon rusiyalı turist Türkiyəyə gəlirdi. Biz Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmamışdıq. Belə bir dövrdə bizə qarşı bu hərəkətin edilməsi qəbuledilməzdir”. Ərdoğanın sözlərinə görə, Suriya Rusiya üçün maraqlarının olduğu uzaq diyar ola bilər, Türkiyə üçünsə həyati mənafelərinin olduğu bir ölkədir.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Öz vətənimdə dünya çempionu oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info