Ermənistan 6 mindən çox Azərbaycan vətəndaşını əsir və girov götürüb
Tarix: 25.02.2016 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Dünən Bakıda “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı humanitar fəlakət beynəlxalq hüquq müstəvisində” mövzusunda dəyirmi masa keçirlib. Tədbir Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilib.
Dəyirmi masanı açan Dövlət Komissiyasının işçi qrupunun rəhbəri İsmayıl Axundov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərin axtarılması, əsir və girovların geri qaytarılması, bu istiqamətdə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Komissiyanın yaradılması zərurətindən, Prezident İlham Əliyevin Dövlət Komissiyasının qarşısına qoyduğu vəzifələrdən danışıb. O, müharibə qurbanlarının, girov götürülmüş şəxslərin beynəlxalq sənədlərdə təsbit olunmuş hüquqlarının təmin edilməsinin vacibliyini diqqətə çatdırıb. O, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyini qeyd edib. AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqda faktlar, sənədlər mövcuddur. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin birgə İstintaq Qrupunun üzvü Ələkbər Xəlilov aparılan istintaq tədbirləri barədə məlumat verib: “Araşdırmalar zamanı ermənilərin azərbaycanlı əsir və girovlara qarşı çoxsaylı ağlasığmaz cinayətlərinin üstü açılıb. Xocalıda 5 yaşlı qız uşağına yaxın məsafədən 17 güllə vurulub. Eyni zamanda, Xocalıda insanların başının dərisi soyulub, gözləri çıxarılıb”. İstintaq Qrupunun üzvü Ülvi Əhmədov deyib ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı indiyə kimi 7 mindən çox şahid, 26 min nəfərə yaxın zərərçəkmiş dindirilib. O bildirib ki, 23 600 nəfərdən çox zərərçəkmiş şəxs, habelə zərərçəkmişin hüquqi varisi tanınıb. Ü. Əhmədov qeyd edib ki, aparılan cinayət işləri üzrə Ermənistanın sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətdiyi müəyyənləşdirilib: “Ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adam öldürmə, qanunsuz silah saxlama, cinayət barədə məlumat verməmə və s. cinayətlər törətmiş 296 nəfər barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarı çıxarılıb, məhkəmə qərarına əsasən barələrində həbs qətimkan tədbiri seçilib və onların axtarışları ilə əlaqədar müvafiq sənədlərin aidiyyəti orqanlara göndərilməsi təmin edilib”. Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib ki, aparılan araşdırmalar nəticəsində 6000-dən artıq Azərbaycan vətəndaşının Ermənistan tərəfindən əsir və girov götürüldüyü müəyyənləşib. O bildirib ki, indiyədək 1435 nəfər Azərbaycan vətəndaşı əsir və girovluqdan azad edilib: “Hazırda Komissiyada 3860 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiy-yatdadır. Bunlardan 3162-si hərbçi, 698 nəfəri isə mülki şəxsdir. Mülki şəxslərdən 60 nəfər yetkinlik yaşına çatmayan, 249 nəfər qadın, 303 nəfər isə yaşlıdır”. E. Səmədov əlavə edib ki, 68 nəfər Azərbaycan vətəndaşı böyük pul müqabilində əsirlikdən azad olunub: “Əsirlikdə saxlanılan Azərbaycan vətəndaşlarının hədə-qorxu, şantaj yolu ilə Ermənistan xüsusi-xidmət orqanları ilə əməkdaşlığa cəlb edilməsi faktları da mövcuddur”. İşçi qrup rəhbərinin müavini bildirib ki, 9 azərbaycanlı hərbi əsir iradəsinin əksinə olaraq, üçüncü ölkəyə göndərilib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info