Sakaryada Xocalıya həsr olunmuş yürüş keçiriləcək
Tarix: 25.02.2016 | Saat: 14:58:00 | E-mail | Çapa göndər


Fevralın 24-də millət vəkili Qənirə Paşayevə Türkiyənin Sakarya vilayətinin valisi Hüseyin Avni Çoş ilə görüşüb.
Görüşdə Q. Paşayeva ilə yanaşı, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova və Sakarya Universitetində təhsil alan azərbaycanlı tələbələr iştirak edib.
Q. Paşayeva əvvəlcə, son günlər Türkiyədə baş verən terror hadisələrinə toxunaraq, valiyə başsağlığı verib və Azərbaycanın həmişə qardaş ölkənin yanında olduğunu bildirib.  N. Nəsibova çıxışında Azərbaycandan olan tələbələrə hər cür dəstəyə və yardıma görə valiyə təşəkkür edib.
Vali Azərbaycan Tələbələr Birliyinin təşkilatçılığı ilə Sakarya Universiteti tələbələrinin fevralın 27-də Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar keçirəcəyi yürüşə icazə verib və bu istiqamətdə tapşırıqlarını verib.  Görüşdə Sakarya Universitetində təhsil alan azərbaycanlı tələbələrin sosial problemləri də diqqətə çatdırılıb. Vali bununla bağlı da tapşırıqlarını verib və dəstək olacağını vurğulayıb.
Daha sonra Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri, İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumunun təmsilçisi Akif Nağı forumun məqsədi və fəaliyyəti barədə məlumat verib.  Sonda Sakarya Universitetində Q. Paşayeva və araşdırmaçı-yazar İmdat Avşarın müəllifi olduğu “Karabağ hikayeleri” kitabının imza günü keçirilib.


Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info