“Əkrəm Naibov xalqın nifrətindən qorxur”
Tarix: 23.02.2013 | Saat: 01:24:00 | E-mail | Çapa göndər


Əkrəm Naibov “Daş yuxular” əsəri ilə Azərbaycana, onun tarixinə, dövlətçilik və milli maraqlarına xəyanət etdi. Bütün Azərbaycan icyimaiyyəti də haqlı olaraq bu şəxsə layiq olduğu qiyməti verdi. Amma Ə.Naibov Azərbaycan xalqı haqqında yanlış təsəvvür formalaşdırmaq məqsədindən daşınana oxşamır. Belə ki, “Los Angeles Times”da “Daş yuxular” romanı ilə bağlı dərc edilən xüsusi reportajda Ə. Naibovun “küçəyə çıxmaqdan qorxuram” fikirləri onun Azərbaycan xalqı haqqında mənfi imic formalaşdırmaq cəhdlərinin davam etdiyini göstərir.
Onun bu sözlərinin məhz “Daş yuxular”dakı tezislərlə eyni olduğu heç bir şübhə doğurmur. Digər tərəfdən, Ə.Naibovun bunu deməsi ortaya sual çıxarır: bir yazıçı xalqdan nə vaxt qorxa bilər? Yəqin ki, bunun cavabı sadədir. Bu, həmin yazıçının xalqı tapdayıb keçdiyi zamandır.
Millət vəkili Zahid Oruc “Palitra”ya açıqlamasında Ə.Naibovun fikirlərinin “Daş yuxular”la eyni mahiyyət daşıdığını deyib.
“O bəyan edirsə ki, küçəyə çıxmaqdan qorxur, əslində bununla əsərindəki obrazları canlandıraraq Azərbaycanın 2013-cü il mənzərəsinin 90-cı illərlə eyni olduğunu demək istəyir. Halbuki o dövrdə də ərazisi işğal olunduğu bir vaxtda bu millətin qəzəbi heç kimi, heç bir ermənini öldürmək, xətər yetirmək mövqeyində deyildi. Biz Ə.Naibova da, onun kimi düşmənələrə də birmənalı şəkildə söyləyirik: Azərbaycanın obrazı o əsərdəki, yaxud da Zori Balayanın əsərindəki kimi deyil. Ə. Naibov balayancasına düşünərək, o cür obrazlar yaradırsa, indi də özünü həmin “obrazlardan” qorumaqla məşğuldur. Bu o deməkdir ki, Ə. Naibov yol xəritəsi ilə hərəkət edir. Ola bilsin ki, süni şəkildə bir əməliyyat təşkil edərək, bu ölkədə yaşamağının mümkün olmadığını göstərsin və mühacirət etsin. Bu isə böyük mükafatlara aparan yoldur. Məqsəd də Nobel mükafatıdır”-deyə millət vəkili diqqətə çatdırıb. Lakin, qeyd edib ki, Nobel mükafatı tarixdə heç kimin əbədiyaşarlığını təmin etməyib: “Ona doğru millətini basdıraraq, can atanlarla müqayisədə bu mükafatdan imtina edənlərin sayı onlarladır. Heç bir mükafat xalqın məhəbbətindən üstün ola bilməz. Bu mükafat xalqı təhqir edərək alınacaqsa, kəfən kimi bir şeydir”.
Z.Oruc bildirib ki, Ə. Naibov bu fikirləri ilə, özünü də təkzib edib: “Buna qədər deyirdi ki, hər bir insan bu əsərinə görə ona xoş münasibət göstərir, yüzlərlə telefon zəngi gələrək xoş reaksiyalar verilir. İndi isə bunun belə olmadığını göstərir. xalq ona kifayət qədər etirazını etdi. Kiminsə bundan sonra ona qarşı daşla etirazına ehtiyac yoxdur. Azərbaycan xalqı heç vaxt buna getməz. Xalq sözlə, intellektlə, ədəbi cavablandırmalarla, reaksiyalarla buna etirazını bildirib”.
Millət vəkili onu da qeyd edib ki, Ə.Naibovun qorxmağına ehtiyac yoxdur: “Azərbaycan insanları hər kəsə münasibətdə sivildir. Lakin xalqın Ə. Naibova çıxardığı hökm ortadadır və o, xalqın nifrətindən qorxur. Bu nifrəti isə heç kim insanların üzərindən çıxara bilməz”.
A.CƏLALOĞLU




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info