Rektor Elmar Qasımov Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib
Tarix: 25.02.2016 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Avrasiya Universitetlər Birliyi tərəfindən keçirilmiş Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib. Rektor Elmar Qasımov sözügedən Sammitin Türk dünyasında ali təhsil müəssisələrinin beynəlmiləlləşdirilməsi adlı panelində “Azərbaycanda ali təhsilin beynəlmiləlləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib.
Rektor səfər çərçivəsində bir sıra mühüm görüşlər də keçirib. Belə ki, rektor Elmar Qasımov Yıldız Texniki Universitetinin rektoru Prof. Dr. İsmayıl Yükseklə görüşərək hər iki ali təhsil müəssisəsi arasında Elektrik mühəndisliyi və elektronika ixtisası üzrə gələcəkdə birgə mütəxəssis hazırlığının təşkili barədə müzakirə aparıb və bu barədə tərəflər arasında ilkin razılıq əldə olunub. Görüşdə, həmçinin rektorun başçılıq etdiyi nümayəndə heyətinin cari ilin aprel ayında Bakıya səfəri məsələləri müzakirə edilib.
Elmar Qasımov səfər çərçivəsində sərgidə iştirak etmiş bir sıra qurumların – Avropa Tələbə Xidmətləri Mərkəzi, DAAD, Study in Turkey, Study Portal və Mezun təşkilatlarının nümayəndələri ilə də görüşlər keçirib. Bu qurumlar əcnəbi tələbələrin müxtəlif ölkələrdə təhsilinin təşviqi sahəsində ixtisaslaşıblar və onlarla tələbə mübadiləsi imkanları barədə müzakirələr aparılıb.
Avrasiya Universitetlər Birliyinin (EURAS) prezidenti və İstanbul Aydın Universitetinin rektoru, Dr. Mustafa Aydınla görüşündə rektor Elmar Qasımov EURAS çərçivəsində ali təhsil müəssisələri ilə tədris və elmi-tədqiqatın müxtəlif istiqamətlərində əməkdaşlıq perspektivləri barəsində ətraflı müzakirələr aparıb.
Xatırladaq ki, Avrasiya Universitetlər Birliyi tərəfindən keçirilmiş Avrasiya Beynəlxalq Ali Təhsil Sammitinin məqsədi Avropa, Asiya, Yaxın Şərq, Afrika və Sakit Okean regionunda fəaliyyət göstərən müxtəlif universitetlərin nümayəndələri arasında elmi-texniki, iqtisadi və mədəni əməkdaşlığın qurulması və mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətində geniş müzakirələrin və fikir mübadiləsinin aparılmasıdır.
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb
21.01.2019
Suraxanıda 20 Yanvar faciəsinin şəhidlərinin məzarları ziyarət edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info