“İctimai palata” müxalifəti dağıtmaqla məşğuldur
Tarix: 23.02.2013 | Saat: 01:25:00 | E-mail | Çapa göndər


Klassik Xalq Cəbhəsi Partiyasında (KXCP) daxili qarşıdurma yenidən qızışıb. Belə ki, ötən il KXCP sədri Mirmahmud Mirəlioğlunun 5 müavini tərəfindən partiya daxilində yaradılan “Demokratik birlik” fraksiyası ilə partiya rəhbərliyi arasında müəyyən müddət davam edən “atəşkəs” yenidən pozulub. Buna səbəbsə M.Mirəlioğlunun müavini Bəybala Əbilin “Hazırda partiya daxilində fraksiya yoxdur. Adı “fraksiya” qoyulan adamların isə niyyəti xoşdursa, nə iş görürlərsə, görsünlər. Bizim üçün problem deyil. Onları ciddi hərəkat hesab etmirik” açıqlaması oldu.
Qarşılıqlı söz atışmalarından sonra KXCP daxilində “atəşkəsin” pozulması, xüsusilə seçki ilində bunun baş verməsi fraksiya ilə partiya arasındakı münasibətlərə, həmçinin bunda maraqlı olanların kimliyinə diqqəti artırıb və bir sıra mətləblərə nəzər salmağı zəruri edib.
Qeyd edək ki, KXCP-də daxili qarşıdurmanın başlanması bir müddət əvvəl AXCP ilə birləşmək təklifindən sonra başlayıb. Bu təklifə qarşı çıxan Mirmahmud Mirəlioğlu isə məsələnin əsl səbəbkarı kimi beynəlxalq əlaqələr üzrə müavini Qaya Əliyevi müavinlikdən çıxarmaq addımını atdı. Daha doğrusu, partiya sədri onun belə bir müavininin olmadığını dilə gətirəndən sonra qarşıdurma daha da gücləndi. Ardınca KXCP-nin bir sıra rayon təşkilatları fraksiyaya qoşuldular.
Proseslərin təhlili baş verənlərin ssenari əsasında qurulduğunu, məqsədin KXCP-ni siyasi səhnədən çıxardaraq fəaliyyətsiz partiya kimi AXCP və Müsavat arasında bölüşdürmək, bu olmadıqda KXCP-dən ayrılanların “ictimai palata”ya axışması ilə üzvlərin sayının çoxalmasına nail olmaq, son variantda isə ən azından KXCP-nin “ictimai palata”ya üzv olmasını təmin etmək olduğu ehtimalı yaranır.
Maraqlı olansa savaşın başlanma səbəbləri və son hədəfin nədən ibarət olmasıdır.
Hazırda Azərbaycan müxalifəti həm sosial bazanın olmaması, həm də mövcud hakimiyyətə alternativ çəkinin azlığından əziyyət çəkir. Belə bir məqamda müxalifət daim güc toplamaq cəhdləri edir ki, bu cəhdlər də müxtəlif vasitələrlə həyata keçirilir. Gücün əldə edilməsinə imkan verəcək vasitələrdən biri də müxalifət düşərgəsində bir partiyanın digəri ilə birləşməsidir ki, adətən ölkə müxalifətindəki siyasi partiya rəhbərlikləri bu addıma getmir, yaxud bu nadir hallarda baş verən hadisələrdəndir. Səbəbsə müxalifətin başbilənlərinin hər birinin ambisiyalı mövqeləridir. Bu prosesdə ən çox nəzərə çarpan siyasi dairələrsə “ictimai palata”dakı AXCP və Müsavat partiyalarıdır. Onların özlərinə bu qədər “güvənməsi” isə vaxtilə hakimiyyətdə olmaları, özlərini mövcud iqtidara yeganə alternativ hesab etmələridir. Məhz buna görə bu iki partiya ümumi müxalifətin onların ətrafında birləşməsini istəyir, buna getməyən siyasi partiyaları da zəiflətməyə çalışır. İki partiyanın təmsil olunduğu “ictimai palata”ya digər birliklərin qəbul edilməməsinin səbəbləri də burdan qaynaqlanır. Mövcud durumda AXCP və Müsavatın müxalifət düşərgəsindəki digər partiyalara qarşı barışmaz mövqedə dayanması, bütün vasitələrlə düşərgə təmsilçilərini “zəif bənd” kimi qələmə vermələri müxalifətdaxili savaşların müəlliflərinin və bundan mənfəət güdənlərin bu iki partiya olduğu haqqında təsəvvür yaradır. Ən azından digər müxalifət partiyalarının fonunda bu, belə görünür. Bu iki partiyanın fəaliyyət spektrlərindən biri də digər müxalifət partiyalarında ziddiyyətlər, parçalanmaya və ya dağılmaya yol açan qarşıdurmalar yaratmaqdır. KXCP daxilində baş verənlər və sonrakı proseslər bu dəfəki hədəfin məhz bu partiya olduğunu deməyə əsas verir. Son hadisələri təhlil edərək, xronoloji ardıcıllığa nəzər yetirdikdə bu fikir təsdiqlənir.
Belə ki, KXCP daxilində partiyanın gələcəyini sual altına qoyan qarşıdurmalar AXCP ilə birləşmək təklifindən sonra yarandı. Bu təklifi irəli sürənlərlə KXCP rəhbərliyi arasında daxili münaqişələrin qızışması nəticəsində partiya sədrinin 5 müavini (nəzərə alınmalıdır ki, sıravi üzv deyil, məhz sədr müavinləri-red) fraksiya yaratdılar. Ardınca fraksiya partiya daxilində tərəfdarlarının sayının artırılmasına nail olmaq istiqamətində fəaliyyətini genişləndirdi. Fraksiyanın kənar dəstəkçisi rolunda isə AXCP iştirak edir ki, bu da KXCP-nin parçalanması, yaxud dağıdılması, ardınca da AXCP-yə birləşdirilməsi məqsədinə xidmət edir. Bu məqsədə çatmaqda Müsavat da öz dəstəyini göstərir ki, bunun da bariz nümunəsi fraksiyanın iclasının keçirilməsi üçün öz qərargahının qapılarını onların üzlərinə açmasıdır. AXCP və Müsavatın KXCP-ni hədəf seçməsinin digər səbəbi KXCP-nin keçmiş Xalq Cəbhəsinin bir qolu olması və partiyanın cəbhəçilərdən ibarət olmasıdır. Görünür, birləşmək təklifi də KXCP-yə “ictimai palata”dan transfer olunub. Bu təklifin KXCP rəhbərliyi tərəfindən qəbul edilməyəcəyi təqdirdə də “ictimai palata” təmsilçiləri hazırlanan ssenarini dövriyyəyə buraxdılar. Beləliklə də, etirazla qarşılaşan təklifçilər partiya daxilində ayrıca güc formalaşdıraraq rəhbərliyə qarşı çıxdılar. Bu da faktiki olaraq KXCP-nin parçalanması və zəif düşməsinə potensial səbəbdir.
Bu ehtimalı gücləndirən digər amil isə KXCP-nin “ictimai palata”nı deyil, Müqavimət Hərəkatını seçməsidir. KXCP-ni qarışdıran məsələlərdən birinin də bu seçim olmasını nəzərə alsaq, məlum olur ki, partiya daxilində “ip”-i dəstəkləyənlərin sayı və təsiri kifayət qədərdir. Bu üstünlükdən istifadə edən AXCP və Müsavat birləşmək planını da bu yolla işə salmağa nail olub.
Ehtimallara görə, bu plan ilk növbədə partiyadaxili təzyiqlərlə KXCP-nin digər müxalifət birliklərini tərk edərək “ictimai palata”nı seçməsidir ki, bu da perspektivdə partiyanın AXCP-yə birləşməsi üçün yeni imkanlar aça bilərdi. Lakin bu variantın KXCP rəhbərliyində etirazla qarşılanması ikinci variantı - KXCP-ni öz içindən dağıtmaq ssenarisini önə çıxarıb. Bu ssenarinin əsasında da “demokratik birlik” fraksiyası yaradıldı və tərəfdarlarının sayı artırıldı. Əslində bununla “ictimai palata” təmsilçiləri ssenarini sığortalamış da oldular. Belə ki, bu variant alınmayacağı təqdirdə KXCP-dəki etirazçıların “ictimai palata”ya gələrək, AXCP və Müsavat partiyaları sıralarına daxil olması təmin edilə bilər.
Digər tərəfdən, seçkilərin yaxınlaşması müxalifət düşərgəsində əsəbləri tarıma çəkən əsas amildir. Görünür, uzun zamandır sakitlik olan KXCP daxilində “ocağın altına odunu “ictimai palata” təmsilçiləri qoyublar”. Çünki bu qüvvələr builki seçkilərin onlar üçün son olacağını anlayırlar.
Asif CƏLALOĞLU




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib - YENİLƏNİB
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info