Baş nazirin müavini: “Prezidentin İrana səfəri böyük əhəmiyyət kəsb edir”
Tarix: 25.02.2016 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov Prezident İlham Əliyevin İrana səfərini şərh edib. Ə. Əhmədov bildirib ki, İran və Azərbaycan arasında hər zaman dostluq münasibətləri olub. 
O qeyd edib ki, iki ölkə münasibətlərinin yüksək səviyyədə olmasının ciddi əsasları var: “İran Azərbaycanın böyük dostu və qonşu olan dövlətdir. İki ölkə arasında çoxlu sayda səfərlər təşkil olunur. Tarixi, etnik, dini əlaqələrimiz də dərin köklərə malikdir. Bütün bunlara görə İranla Azərbaycan arasında münasibətlər hər zaman dostluq və qarşılıqlı etimad prinsipləri əsasında qurulub və indi də həmin istiqamətdə inkişaf etməkdədir”.
Ə. Əhmədov deyib ki, son vaxtlar İrana qarşı sanksiyaların aradan qaldırılması istiqamətində atılan addımların müsbət nəticələr verməsi bu ölkənin dünyaya inteqrasiyası üçün yeni imkanlar yaradıb: “Bu da İran-Azərbaycan münasibətlərinə müsbət təsirini göstərir. Biz onun tərəfdarıyıq ki, İranla Azərbaycan arasında olan ənənəvi dostluq münasibətləri iqtisadi və ticarət əlaqələrinin daha da möhkəmlənməsinə gətirib çıxarsın. Bu baxımdan da Prezident İlham Əliyevin İrana səfəri siyasi, iqtisadi və dostluq mənasında böyük əhəmiyyət kəsb edir. Həm Azərbaycan, həm də İran cəmiyyəti bu səfəri yüksək qiymətləndirir. Bu səfərin də yüksək nəticələrinin olacağına hər birimiz inanırıq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info