Əlilliyin müəyyən olunması ilə bağlı müayinə nəticəsini öyrənmək asanlaşıb
Tarix: 25.02.2016 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhalinin istifadəsinə verilən “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” elektron xidmətindən 16 585 dəfə istifadə qeydə alınıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazirlik tərəfindən vətəndaşların bu e-xidmətdən istifadə proseduru olduqca sadələşdirilib. Belə ki, bunun üçün heç bir autenfikasiya vasitəsinə ehtiyac yoxdur. Yəni istənilən şəxs “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı e-xidməti seçməklə, müvafiq bölmələrdə yalnız şəxsiyyəti təsdiq edən sənədin nömrəsini və doğum tarixlərini qeyd etməklə aidiyyəti məlumatı rahat şəkildə əldə edə bilir. Bu zaman vətəndaşa keçirilmiş sonuncu müayinənin nəticəsi və növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi (əgər əlillik müddətsiz təyin edilibsə o zaman onun müddətsiz olması) ilə bağlı məlumat verilir.
Bu istiqamətdə işlərin davamı kimi, əlillik müayinəsinin nəticəsi barədə məlumatın sadəcə telefon vasitəsilə, nazirliyin 142 - “Çağrı mərkəzi”nə zəng etməklə daha asan şəkildə əldə oluna bilməsinə də imkan yaradılıb. Belə ki, Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış istənilən vətəndaş “Çağrı mərkəzi”nə zəng edərək 0 düyməsini yığdıqdan sonra, özünün şəxsiyyət vəsiqəsinin nömrəsini və doğum tarixini daxil edərək, aparılmış müayinənin nəticəsi (hansı tarixdə və neçənci dərəcə əlillik qrupunun təyin olunması, əlilliyin nə qədər müddətə müəyyən edilməsi) barədə məlumat ala bilər.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info