Pilotdan tükürpərdici Xocalı xatirələri
Tarix: 25.02.2016 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


Leonid Kravets: “Bizimlə gedən polislərdən biri meyitlərə baxanda, başından güllə ilə vurulmuş uşağını gördü”

Xocalı hadisələrinin şahidi olmuş pilot Leonid Kravets Bakıda mətbuat konfransı keçirib.
Gəncədə SSRİ ordusunda xidmət etdiyini deyən L. Kravets o vaxtkı hadisələrlə bağlı xatirələrini bölüşüb:
"Demək olar ki, hər gün Dağlıq Qarabağa səfər edirdik. 1991-ci ilin dekabrınadək dinc əhalini nisbətən təhlükəsiz yerlərə daşıyırdıq. Ekipajda 3 nəfər idik. Fevralın 27-də Gəncəyə qayıdarkən Xocalının şərqində 2 km hündürlükdə, dağın ətəyində rəngli paltarlar müşahidə etdim. Aşağı enərkən erməni təcavüzkarlarının sağ qalmış insanları güllələdiklərini gördük. Ermənilər bunu gördükdə, helikopterə atəş açdılar".
L. Kravets bildirib ki, sonra ekipaj Gəncəyə uçaraq rəhbərliyə raport verib: "Biz Sovet ordusuna tabe idik, komandanlığın əmrlərini icra edirdik. Lakin Xocalı hadisələri zamanı əmr gözləmədən oralara uçduq. Sonra o zamankı prezidentin köməkçisi Gəncəyə gəlib və xahiş edib ki, jurnalistləri həmin yerə aparsınlar. Biz təxminən faciənin baş verdiyi andan bir neçə saat sonra hadisə yerini görmüşdük. Azərbaycanda bu barədə heç kəs bilmirdi. Sonra Çingiz Mustafayev və iki nəfər köməkçi ilə hadisə yerinə getdik. 10 dəqiqə çəkiliş apara bildik. Çəkiliş qrupunda və bizdə qoruyucu jiletlər yox idi. Havaya qalxdıq, ermənilərin olduğu hərbi maşınların yaxınlaşdığını gördüm və çəkiliş qrupunu götürərək oradan uzaqlaşmalı oldum".
L. Kravets qeyd edib ki, vaxt azlığından böyük ərazini çəkmək mümkün olmayıb: "Ümumi mənzərəni ancaq havadan çəkmək mümkün idi, vəziyyət pis idi. Bu dəhşətli mənzərə idi. Ölənlər çox idi, meyitlər böyük əraziyə səpələnmişdilər. Bizimlə birlikdə iki polis əməkdaşı var idi. Hətta onlardan biri meyitlərə baxanda, başından güllə ilə vurulmuş uşağını gördü. Onu helikopterə güclə apardıq, dəli olmuşdu".
L. Kravets bildirib ki, Xocalı hadisələri ilə bağlı istənilən beynəlxalq məhkəmədə şahid qismində çıxış etməyə hazırdır. O həmçinin onunla birlikdə ekipajda olan iki nəfəri dəfələrlə axtardığını əlavə edib. 




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info