Ə.Əhmədov:“Çox yaxın zamanda görülən işlər öz nəticəsini verəcək”
Tarix: 25.02.2016 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov manatın devalvasiyasından sonra bank kreditləri sahəsində əhaliyə güzəştlərin olması və bank faizlərinin aşağı salınması ilə bağlı məsələlərə aydınlıq gətirib. Ə. Əhmədov bildirib ki, hökumət bu məsələyə münasibətini birmənalı ifadə edib. O deyib ki, hər hansı bir təklifi səsləndirmək çox asandır, amma bunu həyata keçirmək üçün lazımı resursların axtarılması və tapılması ciddi araşdırmalar tələb edir: “Mən hesab edirəm ki, əgər bütün bu resurslar olsaydı, o zaman devalvasiya niyə olurdu ki? Mən onu demək istəmirəm ki, hökumət bu məsələdə öz məsuliyyətini kənara qoyur, məsuliyyətdən kənara çəkilir. Xeyr. Amma məsələ ciddi şəkildə araşdırılmalıdır. Əgər imkanlar və resurslar varsa, onlardan istifadə edib, lazımı güzəştlər, kompensasiyalar veriləcək. Yox, əgər imkan yoxdursa, onda sadəcə olaraq bütün dünyada devalvasiya baş verən ölkələrdə hansı addımlar atılıbsa, Azərbaycan da o addımları atacaq”.
 Ə. Əhmədov qeyd edib ki, Prezidentin rəhbərliyi altında yaranmış vəziyyətin çox qısa zamanda aradan qaldırılması üçün çox ciddi işlər görülməkdədir: “Güman edirəm ki, çox yaxın zamanda yaranmış bu vəziyyətin nizama salınması üçün görülən işlər öz nəticəsini verəcək. Bu çətinliyin ömrü uzun olmayacaq. Ajiotaj yaratmağa, həyata keçirilməsi mümkün olmayan müxtəlif təkliflərin üzərində uzun diskussiya aparmağa ehtiyac yoxdur”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info