KİVDF-də Lefke Avropa Universitetinin nümayəndələri ilə görüş keçirilib
Tarix: 25.02.2016 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda Şimali Kipr Türk Cümhuriyyətinin Lefke Avropa Universitetinin nümayəndələri ilə görüş keçirilib. Ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərlərinin də qatıldığı görüşdə Azərbaycanın türkdilli ölkələrlə, həmçinin Şimali Kipr Türk Cümhuriyyəti ilə əlaqələrə önəm verdiyi, qarşılıqlı əməkdaşlığın böyük fayda daşıdığı vurğulanıb. V. Səfərli çıxışında bildirib ki, Şimali Kipr Türk Cümhuriyyətinin Lefke Avropa Universitetinin nümayəndələrinin Azərbaycanın bu ağrılı gündə yanında olması bir daha dostluq və qardaşlıq əlaqələrin güclü olmasından xəbər verir. Fondun icraçı direktoru Xocalı soyqırımı barədə də qonaqlara məlumat verib: " 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarları Xocalını mühasirəyə aldılar. Bir neçə günlük mühasirədə Xocalı alova büründü. Həmin gün 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gələrək bu qətliamın qurbanı oldu. Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Üzərindən artıq 24 il keçsə də, Azərbaycan xalqı bu faciəni unutmur. Xocalı soyqırımının tanınması üçün dünyanın bir sıra ölkələrində bizim diaspora, səfirliklər vasitəsilə hər il fevral ayının 24-də anım tədbirləri keçirilir. Artıq Amerikanın 20-yə yaxın ştatı Xocalı qətliamını tanıyıb. Biz Şimali Kiprdə olduğumuz zaman orda olan hadisələr barədə də, məlumatlar verildi. İllər öncə biz demək olar ki, eyni faciələri yaşamışıq. Bu isə bizim bu faciənin dünyada tanınması üçün, hər zaman bir olmağımızı şərtləndirir".  
Daha sonra çıxış edən Şimali Kipr Türk Cümhuriyyətinin Lefke Avropa Universitetinin rektoru Memet Ali Yükselen isə səfərlərinin məhz Xocalı soyqırımı günü ərəfəsinə düşməsinin heç də təsadüfi olmadığını, əslində səfərin bu məqsədlə gerçəkləşdiyini söyləyib: "Biz kiçik dövlət olsaq da, bizim də tariximizdə Xocalı soyqırımına bənzər faciələr yaşanıb. Azərbaycanın bu ağrılı günüdə sizlərin yanında olmağı da özümüzə borc bilərək bu səfəri gerçəkləşdirdik".  
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Xocalı soyqırımı Azərbaycanın ən yeni tarixinin ən faciəvi səhifələrindən biridir. Xocalının ən qədim tarixi mədəniyyətə sahib olduğunu xatırladan deputat əlavə edib ki, ermənilər Xocalıda soyqırımı etməklə həm də Azərbaycan mədəniyyətinin, tarixinin köklərini qırmağa çalışıblar: “Azərbaycanın faciələrini ən yaxşı sizlər başa düşərsiniz. Çünki bu, türkün taleyidir, biz bunları yaşamışıq. Bizim kökümüzü kəsməyə çalışıblar, amma biz yenə də yaşayırıq və yaşayacağıq”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə bildirib ki, Kiprlə Azərbaycanın çox gözəl münasibəti var. Bu münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirən B.Quliyev qonaqların Azərbaycana yaxşı məqsədlər üçün də səfər edəcəyinə də ümid etdiyini söyləyib: “Biz Kipri özümüzdən ayırmırıq. Siz Bakıya bir ziyalı kimi səfər etmisiniz, amma çox təəssüf ki, bu səfər belə bir günə təsadüf edir. İnşallah Qarabağda sevincimizi birlikdə qeyd edəcəyik. Çox şadıq ki, yanımızdasınız”.
Tədbirdə universitetin prorektorları Carolina Smochina və Akin Cellatoğlu da çıxış ediblər. Onlar da Xocalı soyqırımının dəhşətlərinin dünyaya tanıdılmasının vacibliyi vurğulayaraq, bu sahədə qarşılıqlı səylərin daha da gücləndirilməli olduğunu söyləyiblər. Tədbirdə jurnalist  Hasan Hastuer, mütəvəlliyyət heyəti başqanı Özgün Faruk və universitetin xarici əlaqələr şöbəsinin müdiri Kezban Zurnaçı da Xocalı soyqırımından söz açaraq bu soyqırımın dünyada tanınması üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər. Görüşdə nümayəndə heyətinin üzvləri Vehit Nekibzadə, Mehmet Sekerli, Nihat Çakan, Necmeddin Çakan, Necmeddin İskey, Mazlum Mercan, Tarkan Oksuz da iştirak ediblər.  Tədbirə qatılan ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri isə öz növbələrində Xocalı soyqırımını anım ərəfəsində Azərbaycanın yanında olduqları üçün Şimali Kipr Türk Cümhuriyyətinin Lefke Avropa Universitetinin nümayəndələrinə minnətdarlıqlarını bildiriblər.

Nigar 




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info