İsveçrədə Xocalı ilə bağlı silsilə tədbirlər keçirilir
Tarix: 25.02.2016 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Azərbaycanın İsveçrədəki səfirliyinin təşəbbüsü ilə silsilə tədbirlərə start verilib.
Səfirlikdən verilən məlumata görə, fevral 22-də Bern şəhərində yerləşən Beynəlxalq Məktəbdə təhsil alan şagirdlərimiz müəllim və şagird heyəti üçün “Dağlardan gələn göz yaşı” adlı təqdimat keçiriblər.
Təqdimat zamanı iştirakçılara Dağlıq Qarabağ münaqişəsi, Xocalışəhərində 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə dinc əhaliyə qarşı törədilmiş vəhşilik barədə şəkillər və məqalələr vasitəsilə geniş məlumat verilib.
Bern şəhərinin dəmiryol vağzalının platformalarında və şəhərin izdihamlı yerlərində Azərbaycanın İsveçrədəki səfirliyinin təşəbbüsü ilə Xocalısoyqırımı barədə alman dilində böyük məlumatlandırma plakatları yerləşdirilib. Həmin plakatlarda bunlar yazılıb: “Bütün dünya Azərbaycanla birlikdə dərin hüznlə Xocalı qətliamının qurbanlarını yad edir. 26 fevral 1992-ci il. 613 nəfər mülki şəxs, o cümlədən 106 qadın, 70 qoca və 63 uşaq qətl edilib. www.justiceforkhojaly.org”.
Bu plakatlar 28 fevral tarixinədək nümayiş etdiriləcək.
Fevralın 25-də isə Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi Bern şəhərindəki Polit-Forum des Bundes salonunda Xocalı soyqırımına həsr olunmuş tədbir təşkil edəcək. Tədbir zamanı Xocalı soyqırımına həsr olunmuş təqdimat və film nümayiş etdiriləcək, əyani vasitələr paylanacaq. Tədbirdə həmçinin “Xocalı faciəsi uşaqların gözü ilə” rəsm sərgisi keçiriləcək.
 
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info