Təbrizdə Xocalı ilə əlaqədar anım mərasimi keçirilib
Tarix: 25.02.2016 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


Azərbaycanın Təbrizdəki Baş Konsulluğunda Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Konsulluqdan verilən məlumata görə, Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə Xocalı soyqırımının təcavüzkar Ermənistan dövləti tərəfindən xüsusi amansızlıq və qəddarlıqla törədilmiş bir qətliam, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlmiş bir cinayət olduğunu bildirib.
Baş konsul ermənilərin tarix boyu “Böyük Ermənistan” yaratmaq xülyaları əsasında Azərbaycanla yanaşı, Urmiya, Maku, Xoy, Səlmas şəhərlərində, Türkiyənin bir sıra vilayətlərində və digər dövlətlərdə böyük qətliamlar, terror hadisələri həyata keçirdiyini, bu qətliamlara vaxtında siyasi-hüquqi qiymətin verilməməsinin, səbəbkarlarının cəzalandırılmamasının ermənilərin əl qolunu açdığını, müasir dövrdə terrorlara, Xocalı soyqırımı kimi qətliamların həyata keçirilməsinə səbəb olduğunu qeyd edib.
İranın Şərqi Azərbaycan vilayəti valisinin müavini Əhməd Məhəmmədzadə isə İran və Azərbaycanın tarix boyunca heç bir ölkəyə hücum etmədiyini vurğulayıb.
Çıxışlardan sonra erməni təcavüzü və Xocalı soyqırımının dəhşətlərindən bəhs edən "Məhv edilmiş şəhər" sənədli filmi nümayiş etdirilib və soyqırımı qurbanlarının xatirəsinə ehsan verilib. Həmçinin mərasim iştirakçılarına Xocalı faciəsinə dair CD, DVD, broşür, jurnal və bukletlər, fars dilinə tərcümə edilmiş digər əyani materiallar paylanıb. Mərasim iştirakçıları Baş Konsulluq tərəfindən hazırlanmış Xocalı soyqırımına aid foto-stendə baxıblar, sərgilənən kitab, jurnal və bukletlərlə tanış olublar.     
Mərasimdə İranın Şərqi Azərbaycan valiliyinin rəsmiləri, İran Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri, Türkiyənin Təbrizdəki baş konsulu, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları, kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.08.2018
Türkiyə iqtisadiyyatının güclü olması Almaniya üçün önəmlidir
18.06.2018
TANAP Azərbaycanın iqtisadi göstəricilərini möhkəmləndirəcək
13.03.2018
Braziliya mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalələr dərc olunub
05.03.2018
Kaliforniyada Xocalı qətliamının qurbanları anılıb
02.03.2018
“The Brussels Times” Xocalı soyqırımından yazır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info