“Təəssüf ki, indiyədək dünyada Xocalı faciəsinə lazımi hüquqi və siyasi qiymət verilməyib”
Tarix: 25.02.2016 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


Binəqədi rayon Yeni Azərbaycan Partiyası (YAP) qərargahında Xocalı soyqırımı ilə bağlı partiyanın gənclər təşkilatı ilə birgə tədbir keçirilib. Tədbirdə YAP sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov, deputatlar Siyavuş Novruzov, Şəmsəddin Hacıyev, Eldar İbrahimov, Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov və partiyanın gənclər təşkilatının nümayəndələri iştirak ediblər.  
Tədbirdə çıxış edən Ə. Əhmədov təəssüflə qeyd edib ki, dünyada indiyədək Xocalı faciəsinə lazımi hüquqi və siyasi qiymət verilməyib. O bildirib ki, Azərbaycan xalqı Xocalıda qətlə yetirilmiş vətəndaşlarımızın xatirəsini həmişə uca tutub: “Azərbaycanın müxtəlif qurumları, vətəndaşlarımız, gənclərimiz Xocalı faciəsi həqiqətlərini dünyaya yaymaq istiqamətində böyük işlər görürlər və güman edirəm ki, görülən işlər öz töhfələrini verir. Xüsusi olaraq Leyla Əliyevanın təşəbbüsü ilə “ Xocalıya ədalət” kampaniyası çərçivəsində görülən işləri qeyd etmək istəyirəm. Bu kampaniya sayəsində Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində ciddi addımlar atılıb. Xocalı Azərbaycanın tarixində ən qanlı faciələrdən biridir. Təkcə Azərbaycan tarixində deyil, dünyada XX əsrin son onilliyində baş vermiş ən tükürpədici, qanlı faciələrdən biridir. Bizim üzərimizə düşən başlıca vəzifə ondan ibarət olmalıdır ki, bu faciəyə bütün dünyada ən layiqli hüquqi və siyasi qiymətin verilməsinə nail ola bilək, faciəni törədənlərin hüquq və qanun qarşısında cavab verməsini təmin edə bilək”.
 Tədbirdə çıxış edən digər iştirakçılar soyqırımı dəhşətlərindən və onun beynəlxalq aləmdə qiymətləndirilməsi yollarından danışıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib
19.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info