LAU-nun rektoru: “İki dövlət bir-birini hər zaman dəstəkləyir”
Tarix: 25.02.2016 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


Şimali Kipr Türk Cümhuriyyətində(ŞKTC) yerləşən Lefke Avropa Universitetində (LAU)son illərdə göstərdiyi sürətli inkişaf, tələbə sayında ciddi artım, gücləndirilmiş tələbə şəhərciyi strukturu, akademik kadrları, yeni açılan fakültələri ilə ən yaxşı olmaq hədəfinə doğru addımlayır. Lefke Avropa Universitetinin rektoru Prof. Dr. Mehmet Ali Yükselen LAU-da yaşanan ciddi tələbə artımı haqqında danışaraq 2013-cü ildə Türkiyə mərkəzi qəbul imtahan nəticələri ilə 870 tələbənin LAU-nu seçdiklərini, 2015-ci ildə isə bu rəqəmin 1739-a qədər yüksəldiyini və son iki ildə 99.9% bir artım ilə ŞKTC-də ən yüksək artımının həyata keçdiyini bildirdi. Yükselen, Lefke Avropa Universitetinin yerləşdiyi bölgə üçün sosial-iqtisadi baxımdan son dərəcə vacib olduğunu qeyd edərək, 2015-ci ilin statistikasına nəzər saldıqda yeni tələbə olmaqla ümumi 7051 olaraq başlandığını deyib. Yükselen, 2013-cü ildə tələbə sayındakı rəqəmsal statistikalara baxanda 1355 tələbənin LAU-nu seçdiyini, 2015-ci ildə isə bu rəqəmin iki qatına çıxaraq 2526 rəqəminə yüksəldiyini vurğulayıb.
Yükselen, LAU-nuün ŞKTC-də bir ilki həyata keçirdiyini, bir akademik ildə YÖK-dən təsdiq almış 28 yeni proqram açıldığına diqqət çəkib. Yükselen, bu proqramların; Aşpazlıq, Əməliyyatxana Xidmətləri, Anesteziya, Uşaq İnkişafı, Dializ, Əlilliyi olan şəxslərin Baxımı və Reabilitasiyası, Evdə Xəstə Baxımı, Radioterapiya, Tibbi Texnikalar və Yaşlı Baxımı olmaq üzrə 11 önlisans proqramı, Deffektologiya, Memarlıq, İnteryer dizayn (Türkcə), Kompüter Mühəndisliyi (Türkcə), Elektrik-Elektronika Mühəndisliyi (Türkcə), İnşaat Mühəndisliyi (Türkcə) olmaq üzrə 6 bakalavr, Qida və Dietologiya, Fizioterapiya və Reabilitasiya, Sosial Xidmət, Tibb bacısı və Sağlamlıq menecmenti olmaq üzrə 6 magistratura proqramlı, Elektrik və Elektronika Mühəndisliyi, Kompüter Mühəndisliyi, Kənd təsərrüfatı, İctimai İdarəetmə, Rəhbərlik və Psixoloji məsləhətçi olmaq üzrə 5 doktorantura proqramı olaraq sıralayıb.
Yükselen, ŞKTC və Azərbaycan Respublikası arasındakı müsbət münasibətlərin özünü göstərdiyini vurğulayıb. Yükselen, Azərbaycan və ŞKTC arasındakı münasibətlərin hər zaman müsbət yönümlü olduğunu qeyd edərək, ŞKTC universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə iki dövlət arasında ortaq dəyərlərin yaşandığını, Lefke Avropa Universiteti olaraq azərbaycanlı tələbləri qəbul etməkdən məmnuniyyət duyduqlarını vurğuladı. Yükselen, “Azərbaycan Respublikası və ŞKTC arasında, bu iki qardaş ölkələrin qarşılıqlı sayğı və sevgiyə söykənən münasibətləri daha çox təhsil və mədəniyyət istiqamətlərində özünü göstərib” deyib. Yükselen, Azərbaycanın ŞKTC-ni, ŞKTC-nin də Azərbaycan Respublikasını Türk dünyasının önəmli bir parçası olaraq gördüyünü və bu iki dövlətin bir-birini hər zaman dəstəklədiyini bildirib.
Yükselen, ŞKTC universitetlərində çox sayda azərbaycanlı tələbənin təhsil aldığını, bu universitetlərdən birinin də Lefke Avrupa Universiteti olduğunu bildirərək, Azərbaycan Təhsil Nazirliyinin və Azərbaycan media təmsilçilərindən ibarət bir heyətin LAU-nu ziyarət etdiyini və beləliklə iki dövlət arasında olan münasibətlərin davamlı olacağını söyləyib. Yükselen, Azərbaycanın Qarabağ məsələsindən bəhs edən bir neçə fəaliyyət və tədbirlərin LAU-da hər il mütəmadi olaraq keçirildiyini, bu çərçivədə təşkil olunan tədbirlərə Azərbaycan, Türkiyə və ŞKTC-dən millət vəkili və akademiklərin iştirak etdiyini vurğulayıb.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info