“Söyün Sadıqovun nə təcrübəsi, nə dünyagörüşü, nə də xalq arasında nüfuzu yoxdur”
Tarix: 23.02.2013 | Saat: 01:29:00 | E-mail | Çapa göndər


“Gürcüstandakı soydaşlarımız təxribata uymayacaqlar”

Ötən sayımızda qeyd etmişdik ki, mətbuatda Gürcüstanda “Borçalı partiyası”nın yaradılacağı ilə bağlı informasiya yayılıb. Mənbənin məlumatına görə, “artıq yeni partiyanın təşəbbüs qrupu yaradılıb, atributları qəbul edilib”. Daha sonra belə bildirilirdi ki, “Borçalı Partiyasının qarşısında duran əsas vəzifə “Kvemo-Kartli, tarixi Borçalı ərazisində muxtariyyətə nail olmaqdır”.
Rusiyada yaşayan bəzi Gürcüstan əsilli şəxslər tərəfindən “müstəqil Borçalı”nın xəritəsi, himn, gerbi hazırlanıb və əhali arasında paylanır”. Onu da qeyd edək ki, bu partiya Rusiyada yaşayan və fəaliyyət göstərən, Rusiya vətəndaşı Söyün Sadıqov tərəfindən yaradılır. Qeyd etmişdik ki, Gürcüstandakı soydaşlarımıza qarşı bu cür cəhdlər birinci növbədə, Azərbaycan və azərbaycanlılara qarşı təxribatdır. Bu, xarici qüvvələrin əli ilə Gürcüstanda yaşayan azərbaycanlıları separatçı təxribata yuvarlatmaq, millətlərarası qarşıdurmaya yol vermək cəhdləridir. Məlumdur ki, Azərbaycan dövləti diasporla bağlı bütün məsuliyyəti öz üzərinə götürüb ki, kənarda yaşayan azərbaycanlılar vahid bir güc olaraq hər məsələdə çıxış etsinlər. Bu isə Azərbaycan dövlətinin ərazisindən kənarda yaşayan soydaşlarımızın təşkilatlanmış bir şəkildə, daha güclü və mütəşəkkil olması üçün atılan addımlar, milli maraqlara uyğun həyata keçirilən dövlət siyasətidir.
“Borçalı partiyası” yaratmaq kimi sifarişli təşəbbüslər isə yalnız xarici xüsusi xidmət orqanlarının diktəsi ilə hərəkət edən boyunduruqlu şəxslər tərəfindən ortaya çıxa bilər. Bunun ortaya çıxmasında isə mütləq və mütləq həmin xarici xüsusi xidmət orqanlarının öz maraq və məqsədləri var ki, bu maraqlar eyni zamanda, Gürcüstanda iğtişaşlar və qarışıqlıqlar naminə azərbaycanlıları da qurban verməyi ehtiva edir...
Bu baxımdan gürcüstanlı soydaşlarımız da məsələnin mahiyyətini dərk edir və belə halların yalnız təxribat və Gürcüstan azərbaycanlıları üçün qurulmuş tələ olduğunu bildirirlər. Bu barədə qəzetimizə açıqlama verən gürcüstanlı soydaşımız, Gürcüstan və Borçalı ilə bağlı bir sıra kitabların və arasdırmaların müəllifi, Qafqaz Arasdırmaları Mərkəzinin direktoru Kamran Ramazanlı bizə fikirlərini belə qeyd edir: “Borçalı partiyası”nın yaradılması ilə bağlı hərəkətlər təxribat xarakterlidir. Bu hadisə baş verərsə, düşmənlər sevinəcək. Bu cür təxribatçı hərəkətlər həm də Gürcüstandakı soydaşlarımızın gələcəyinə vurulan zərbədir”.
Ekspert onu da qeyd edir ki, Gürcüstanda yaşayan soydaşlarımız heç vəchlə özlərinin təxribata çəkilməsinə razı ola bilməzlər və olmamalıdırlar. O qeyd edir ki, Gürcüstan azərbaycanlıları həmişə yalnız Gürcüstanın bütövlüyünü, birliyini qorumağa çalışıblar: “Soydaşlarımız hər zaman öz vətənlərinin - yəni Gürcüstanın dövlətçiliyi və ərazi bütovlüyü uğrunda gürcülərlə çiyin-çiyinə mübarizə aparıblar. Bu baxımdan hansısa “Borçalı partiyası”nın separatçı məqsədlərlə yad qüvvələr tərəfindən yaradılması məsələsi bizim oradakı soydaşlarımız üçün çox zərərli və təhlükəlidir. İnanıram ki, soydaşlarımız belə bir təxribata uymayacaqlar”.
Onu da qeyd edək ki, “Borçalı partiyası” yaratmaq təxribatına əl atan Söyün Sadıqovun özü heç də siyasətçi kimi hər hansı keyfiyyət göstəricisinə malik deyil. Bu adam xarici qurumların boyunduruğunda olan bir şəxs kimi birdən partiya yaratmaq və “siyasətçi” olmaq iddiasına düşüb. Buradan da görünür ki, onu bu işə sürükləyən var. Bu adam əvvəllər heç vaxt siyasətlə məşğul olmayıb. Onun Rusiyada biznesi var və həmişə də bizneslə məşğul olub. Bu adma heç bir siyasi təfəkkürə və təcrübəyə malik deyil. Əgər o, belə bir partiyanı özü-özünə yaratmaq fikrinə düşsəydi belə, siyasətçi olmadığı üçün heç bir uğur qazana bilməzdi. Çünki S.Sadıqov belə işlərdə naşıdır və bu, onu tanıyan bütün insanlar tərəfindən də etiraf edilir. Eləcə də gürcüstanlı soydaşlarımız onu siyasətçi kimi qəbul etmirlər. Bundan başqa, onun Gürcüstanda heç bir nüfuzu yoxdur. Bu barədə fikirlərini bölüşən K.Ramazanlı da belə deyir: “O, heç vaxt siyasətçi olmayıb. Həmişə bizneslə məşğul olub. Ona məsləhət görərdim ki, biznesmen kimi öz doğulduğu rayona investisiya qoysun. Belə siyasətçilikdənsə, doğma rayonuna bir real fayda versin. Onun kimi siyasətlə heç vaxt məşğul olmayan adam çox zərərli addım ata bilər və bunun nəticəsi və fəsadları ağır ola bilər. Ancaq əminəm ki, soydaslarımız belə təxribatlara getməyəcək”.
Ekpert onu da bildirdi ki, bütün məqamları nəzərə alanda belə bir təxribatın baş tutacağına inanmır: “Bu partiya məsələsi bas tutmayacaq. Çünki Sadıqovu oradakı soydaşlarımız arasında, demək olar ki tanımırlar. Xüsusi vurğulamaq istəyirəm ki, Söyün Sadıqovun nə təcrübəsi, nə dünyagörüşü, nə də xalq arasında nüfuzu yoxdur, o, orada tanınmır ki, nəyəsə nail ola bilsin”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Azərbaycan və Pakistan arasında təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığın inkişaf yolları müzakirə olunub
21.03.2019
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21.03.2019
Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21.03.2019
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21.03.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info