Rəsmi Afinadan Avropa İttifaqının miqrantlarla bağlı siyasətinə etiraz
Tarix: 25.02.2016 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


Makedoniya və Serbiyanın sərhədləri bağlaması səbəbindən Yunanıstan paytaxtına yığışan əfqan mühacirlərin sayı durmadan artır. Miqrantlar Makedoniya ilə sərhəddə dəmir yolunu bağladıqları üçün Yunanıstan polisi onları avtobuslarla Afinaya gətirməyə məcbur olur. Eyni zamanda, bir müddət əvvəl Egey dənizindəki adalara çatan minlərlə mühacir də Afina limanına gəlməkdədir.
“Euronews” telekanalı xəbər verir ki, Yunanıstanın Baş naziri Aleksis Tsipras Brüsselin problemin həlli və mühacirlərin Avropa İttifaqı ərazisində bölüşdürülməsi ilə ciddi məşğul olmayacağı təqdirdə, Aİ-nin işini pozacağı ilə hədələyib. Buna cavab olaraq Avropa İttifaqı Yunanıstandan sərhəd nəzarətində çatışmazlıqları aradan qaldırmağı tələb edir. Bəzi Avropa ölkələrinin liderləri isə rəsmi Afinanı Şengen zonasının fəaliyyət prinsiplərini pozmaqda günahlandırır.
Eyni zamanda, Baltikyanı ölkələrin və Avstriyanın fevralın 24-də Vyanada keçirilən iclasına Yunanıstanın dəvət olunmaması da Afinanın narazılığına səbəb olub. Avstriyanın Xarici İşlər Nazirliyi bəyan edib ki, Brüssel tərəfindən təsirli tədbirlər görülməzsə, ölkənin qonşuları ilə birgə sərhədlərinə nəzarət etməsi vasitələrini özləri axtarmalı olacaq.
Xatırladaq ki, ötən həftə Avstriya qaçqın statusu barədə gündə 80-dən çox müraciət qəbul etməyəcəyini bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info