Milli Məclis TANAP layihəsi ilə bağlı daha bir sənədi ratifikasiya etdi
Tarix: 23.02.2013 | Saat: 01:30:00 | E-mail | Çapa göndər


Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. Dünənki iclasda 17 məsələ müzakirəyə çıxarılmışdı. Gündəliyə “Reklam haqqında”, “Veteranlar haqqında”, “Könüllülük fəaliyyəti haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Əmək pensiyaları haqqında”, “Dərman vasitələri” haqqında qanunlara, İnzibati Xətalar Məcəlləsinə, "Bələdiyyələrin məhəllə komitələri haqqında Nümunəvi Əsasnamə"yə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"na, "Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə"yə dəyişikliklər edilməsi ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun ərazisində dəyişikliklər edilməsi ilə bağlı sənəd və bir sıra ölkələrlə imzalanmış sənədlərin ratifikasiyası daxil idi.
Qeyd edək ki, Milli Məclis "Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında" Anlaşma Memorandumunu təsdiq edib.
Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov bildirib ki, memorandum sazişlər paketində olan sənədlərdən biridir. Bu istiqamətdə daha bir neçə sənəd qəbul olunacaq.
Xatırladaq ki, Türkiyə ərazisindən keçən Trans-Anadolu (TANAP) qaz boru kəmərinin tikintisinə 2013-cü ildə başlanması nəzərdə tutulur. Layihənin reallaşması üzrə Azərbaycan və Türkiyə arasında müvafiq hökumətlərarası sazişlər imzalanıb ki, layihənin reallaşması üçün artıq qanunvericilik bazası formalaşıb. Tikintinin 2017-2018-ci illərdə başa çatdırılması gözlənilir ki, həmin vaxt ilk qazın nəqletmə gücü 16 mlrd. kubmetr, 2023-cü ildə 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetr olacaq. İlkin mərhələdə nəqli nəzərdə tutulan 16 mlrd. kubmetrin 10 mlrd.-ı Avropaya tranzit olunacaq, 6 mlrd. kubmetri isə Türkiyəyə veriləcək. Hazırda layihədə iştirak payının 80%-i Azərbaycan Dövlət Neft Şirkətinə, 20%-i isə Türkiyəyə məxsusdur. Lakin Azərbaycan öz payından 29%-ni BP, «Statoil» və «Total» şirkətlərinə təqdim etmək niyyətindədir.
İclasda həmçinin "Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında" Anlaşma Memorandumunda dəyişiklik edilməsi ilə əlaqədar notalar mübadiləsinin təsdiq edilməsi barədə sənəd də qəbul edildi.
Dünənki iclasda Xocalı soyqırımı qurbanlarının abidəsinin rəsmi protokola salınması təklif edildi. Bu təkliflə Xocalıdan olan millət vəkili Elman Məmmədov çıxış etdi. O qeyd etdi ki, Xocalı soyqırımı dünyada tanınmaqda davam edir: “ABŞ-ın 6 ştatında Xocalı faciəsi soyqırımı kimi qəbul edilib. Azərbaycana xaricdən çoxlu nümayəndə heyəti gəlir. Təklif edərdim ki, Xocalı soyqırımı abidəsinin ziyarət olunması protokollara salınsın. Bu abidə artıq ziyarətgaha çevrilməlidir”.
Spiker Oqtay Əsədov isə dünya ölkələrində Xocalı soyqırımının tanınması prosesinin davam etdiyini dedi: “Bu proseslər başa çatandan sonra Xocalı abidəsinin protokollara salınması məsələsinə baxılacaq”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info