DSX-nın hərbi hissələrində Xocalıyla bağlı tədbirlər keçirilir
Tarix: 25.02.2016 | Saat: 20:35:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir, dəhşətli faciənin erməni şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı olduğu şəxsi heyətə çatdırılır.
Fevralın 26-da Dövlət Sərhəd Xidmətinin Aparatında keçirilən tədbirdə şəxsi heyət əvvəlcə Xocalı faciəsini əks etdirən sərginin materialları ilə tanış olub. Tədbirin rəsmi hissəsi Xocalıda qətlə yetirilmiş soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov və Milli Məclisin deputatı Elman Məmmədov çıxış edərək dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı barədə ətraflı məlumat vermiş, faciənin səbəb və nəticələri haqqında danışıblar.
Xocalı soyqırımına siyasi və hüquqi qiymət verilməsi, erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüsün ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülməsi xüsusi olaraq vurğulanıb. Soyqırımı hadisəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələr verdiyi, Azərbaycan xalqına qarşı törədilmiş bu hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymət alması məsələsinin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyi bildirilib. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər sayəsində Xocalı faciəsi xarici ölkələrdə də geniş şəkildə anılır.
Tədbirdə ölkə rəhbərliyinin bu sahədəki ardıcıl və uğurlu fəaliyyəti nəticəsində Xocalı soyqırımının bütün beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən tanınacağına, mənfur erməni xislətinin ifşa olunacağına qəti əminlik ifadə edilib.
Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş film nümayiş etdirilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info