Ali Hərbi Məktəbdə praktiki tədris və təlim məşğələləri keçirilib
Tarix: 25.02.2016 | Saat: 21:17:00 | E-mail | Çapa göndər


Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində plana uyğun olaraq kursantların hazırlığı üzrə praktiki tədris və təlim məşğələləri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məşğələlərdə əsas diqqət hərbi qulluqçular tərəfindən hərbi vasitələrin düzgün istifadə və tətbiq edilməsi bacarıqlarının artırılmasına yönəldilib.
Təlimlər çərçivəsində kursantlara rabitə vasitələrinin düzgün işə salınması və rabitə əlaqəsinin yaradılması, xəsarət almış hərbi qulluqçulara ilkin tibbi yardımın göstərilməsi və onun təxliyəsi üçün vacib olan tədbirlərin icrasına dair məşğələlər də keçirilib.
"Gəmiçilik və radiotexniki sistemlər" kafedrasında keçirilən təlimlər zamanı kursantlara hərbi gəminin radiotexniki vasitələrinin göyərtə üzərində yerləşdirilməsi, təyinatı və iş qabiliyyətləri öyrədilib.
Bundan əlavə "Hərbi topoqrafiya" fənni üzrə məşğələdə kursantlar ərazinin relyef quruluşunun yaradılmış topoqrafik xəritə maketi vasitəsi ilə öyrənilməsi kimi biliklərə də yiyələniblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info