Xocalı qətliamına həsr olunan konfrans
Tarix: 25.02.2016 | Saat: 21:18:00 | E-mail | Çapa göndər


Fevralın 25-də Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin və M.F.Axundov adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Tbilisidə Xocalı qətliamına həsr olunmuş konfrans keçirilib. AMM mətbuat xidmətindən bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükütla yad edilib. Sonra konfransı giriş sözü ilə M.F.Axundov ad.Ev Muzeyinin direktoru Leyla Əliyeva açıb. Xocalı hadisələri haqqında geniş məlumat verən Leyla xanım Əliyeva Muzey tərəfindən il ərzində Qarabağ həqiqətləri haqqında məlumat verildiyini bildirdi. Azərbaycan Respublikasının Gürcüstandakı Səfirinin birinci müavini Dursun Həsənov çıxış edərək Xocalıda baş verən hadisələri əsrin faciəsi adlandıraraq dünyada və Gürcüstanda Xocalı qətliamına hüquqi status verilməsi istiqamətində aparılan işlərdən danışdı. "Biz bu hadisələri yaxşı xatırlayırıq, bu bizim yeni tariximizdir, xalqımıza milli məsubiyyətinə görə soyqırım törədildi, bunu sübüt edən faktlar var, beynəlxalq təşkilatların qəbul edilmiş sənədləri mövcuddur, buna baxmayaraq dünya birliyi hələ də susur və Xocalıya hüquqi qiymət verməməkdədir"-deyə vurğuladı Dursun Həsənov.
AMM-Gənclər şöbəsinin rəhbəri və Gürcüstanda Xocalı ayı çərçivəsində həyata keçirilən tədbirlərin koordinatoru Nərgiz Əliyeva çıxış edərək gənclərə səsləndi, o bu hadisələri terror və genosid aktı kimi qiymətləndirərək dünyada bu həqiqətlərin yayılmasında əsas missiyanın gənclərin üzərinə düşdüyünü qeyd etdi. "Terrorla mübarizə aparan dünya birliyi nədən sə, bu hadisələrə göz yumur və susur, bizim xalq hər zaman terrora və işğalçılığa qarşı olubdur, məqsədimiz xalqımızın başına gətirilən bu qətliama hüquqi qiymətin verilməsi və mövcud olan beynəlxalq aktların qeyri şrtsiz yerinə yetirilməyidir. Sevindirici haldır ki, dünyada ədalətli ölkələr var hansılar ki, Xocalı hadisələrini qətliam kimi qəbul ediblər, bu işdə əsas təşəkkür Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya düşür, çünki onun təşəbbüsü ilə Xocalıya ədalət kampaniyası başlanılmışdır və dünyada yaşayan hər bir azərbaycanlı və terrora qarşı çıxan şəxslər bu kampaniyaya qoşularaq ədalət tələb edir, biz də həmçinin əlimizdən gələni etməyə çalışırıq"-dedi Nərgiz Əliyeva.
Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin ataşesi Samirə Ağayeva çıxışında Gürcüstanda Xocalı ayı çərçivəsində aparılan çoxsaylı aksiya, tədbir və konfranslardan danışaraq gürcü cəmiyyətinin Xocalı həqiqətlərinin tanıdılması istiqamətində önəmli addımların atılmasının zəruriyyətindən danışdı. 
Tədbirdə gürcü jurnalistləri, ziyalıları, azərbaycanlı gənclər,KİV nümayəndələri iştirak edərək Xocalı qətliamının dünyada tanıdılması, hüquqi qiymətin verilməsi haqqında müzakirələr apardılar. Tədbirin sonunda Xocalı qətliamından bəhz edən sənədli film nümayiş olundu, gürcü və ingilis dillərində bukletlər paylanıldı, foto sərgilər nümayiş olundu. 


Fuad




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info