“Tələbələr bəzi qüvvələrin onlardan istifadə etməsinə imkan verməyəcək”
Tarix: 23.02.2013 | Saat: 01:32:00 | E-mail | Çapa göndər


Bu günlərdə bir qrup gənc fevral ayının 27-də bütün tələbələri boykota səsləyib. Lakin bu gün həmin boykota çağırış cəmiyyətdə heç də birmənalı qarşılanmır. Xüsusilə də elə tələbələrin bir çoxu bunu əsassız sayaraq belə bir addımın atılmasını vacib hesab etmir. Belə tələbələrdən biri də Azərbaycan Dövlət Neft Akademiyasının II kurs tələbəsi Mahmud Sadıqovdur.

Tələbələrin aksiyalara, nümayişlərə çıxmasının Azərbaycan cəmiyyəti üçün təhlükəli bir amil olduğunu deyən tələbənin fikrincə, hər bir tələbə öz tələbəlik illərində çalışmalıdır ki, yüksək və keyfiyyətli təhsil alsın. “Bu, bütün dünya azərbaycanlıları üçün ən vacib cəhətlərdən biridir. Bu gün ölkəmizin daxilində və xaricində olan bəzi qüvvələr Azərbaycan gəncliyini, o cümlədən tələbələri nümayişlərə cəlb etməyə çalışırlar. Amma onların bu cəhdi baş tutmayacaq. Tələbələr aksiyalarda, nümayişlərdə iştirak edərək ona vaxt sərf etmək əvəzinə, öz vaxtlarını elmə, təhsilə yönəltsələr, daha məqsəduyğun, faydalı, dəyərli olar”. Bu gün ölkə başçısı tərəfindən gənclərə yüksək dərəcədə qayğı göstərildiyini deyən M.Sadıqov bildirdi ki, buna misal olaraq “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nı göstərmək olar və bu, gəncliyə göstərilən qayğı istiqamətində ən mühüm addımlardan biridir: “Həmçinin tələbələrimizin ali məktəblərdə oxuduğu müddətdə aldığı təhsilə yüksək diqqət yetirilir. Bu gün artıq müxtəlif KİV-də tələbələrin müxtəlif məqalələri dərc edilir. Mən bir Azərbaycan gənci kimi nümayişlərə çıxan tələbələri tənqid edirəm, xalqımızın əleyhinə olan bir siyasi qurumun, yaxud siyasi mübarizənin alətləri kimi qiymətləndirirəm. Həmin tələbələrə səslənərək deyirəm ki, onlar belə tədbirlərdə dəyərli vaxtlarını itirməsinlər, bu vaxtlarını elmə, təhsilə, tərəqqiyə, inkişafa sərf etsinlər. Bu, yalnız özləri üçün deyil, xalqımız və dövlətimiz üçün mühüm amildir”.
M.Sadıqov onu da bildirdi ki, bu aksiyaya qoşulan tələbələrin sayının çox az olduğunu hesab edir və bu rəqəm çox ola bilməz: “Çünki bu gün artıq Azərbaycan tələbələrinə yaradılan şəraitdən bəhrələnən tələbə belə aksiyalarda iştirak etmir və hesab edirəm ki, gələcəkdə də etməyəcək. İştirak edənlər isə öz dərslərinə ciddi yanaşa bilməyənlər, müvəffəqiyyətli qiymət ala bilməyən tələbələrdir ki, buna zəmin kimi çarəni mitinqlərdə iştirak etməkdə tapırlar. Əgər onlar öz təhsilinə ciddi yanaşsalar, elmdə, təhsildə nailiyyətlər əldə etsələr, həmin tələbələr belə aksiyalardan uzaq gəzəcəklər. Elmə, təhsilə, xalqa, millətə xeyirli, faydalı bir gələcək ziyalı potensialı olacaqlar”.
M.Sadıqov deyir ki, təhsil aldığı Azərbaycan Dövlət Neft Akademiyasında belə tələbə yoxdur və olmayacaq: “Çünki ADNA-da tələbələrə yaradılan şərait bu tələbələri həmin mitinqlərdə iştirak etməkdən çəkindirir. Onlar başa düşür ki, belə mitinqlərdə iştirak etmək həmin tələbələrin gələcəyi üçün heç bir xeyir gətirmir. ADNA-da təhsil alan tələbələrin gələcəyi üçün olan əlverişli imkanlar bütün cəmiyyətimizə, ictimaiyyətimizə məlumdur. Bu gün artıq SOCAR, BP və eləcə də digər şirkətlərin nümayəndələrinin bizim təhsil ocağımıza gəlmələri və buradakı yüksək ixtisaslı, bilikli tələbələrin həmin şirkətlərdə işə cəlb edilməsi bir daha göstərir ki, təhsillə uğurlu addımlar əldə edəcəklər”.
Fevralın 27-də bir qrup tələbənin keçirmək istədiyi boykot kampaniyasına M.Sadıqov tənqidi məqamdan yanaşdığını deyir: “O tələbələr öz gələcəklərini düşünmürlər. Özləri ilə yanaşı, valideynlərini də təhlükə qarşısında qoyurlar. Belə ki, valideynlərinin onlara çəkdikləri əziyyətləri hədərə verirlər. Həmin tələbələrə səslənmək istəyirəm ki, belə boykot kampaniyasında iştirak etməyin, onun əvəzinə dərsə gəlin, təhsilinizə ciddi yanaşın, uğurlar və müvəffəqiyyətlər qazanın”.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info