“Britaniya ilə Azərbaycan arasında əməkdaşlığın yeni sahələri üzrə araşdırma aparılır”
Tarix: 26.02.2016 | Saat: 01:03:00 | E-mail | Çapa göndər


“Böyük Britaniya ilə Azərbaycan arasında əməkdaşlığın yeni sahələri üzrə araşdırmalar aparılır”.
Bunu Quba rayonunda səfərdə olan Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddık deyib. O bildirib ki, Böyük Britaniya hazırda Azərbaycanın ən böyük xarici sərmayədarıdır və Azərbaycana yatırılan xarici sərmayənin 50 faizindən çoxu Britaniyaya məxsusdur. Səfir Azərbaycan Respublikası hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Londonda keçirilən ilk iclasının məqsədinin yeni əməkdaşlıq sahələrinin araşdırılması olduğunu vurğulayıb: “Bilirsiniz ki, indi bizim əsas əməkdaşlığımız enerji sahəsindədir. Çox məmnunluqla deyə bilərik ki, son görüşdə biz potensial olaraq hansı sahələrdə əməkdaşlıq edəcəyimizi özümüz üçün araşdırdıq. Nümunə üçün yeni Bakı limanını, təhsil sahəsini, su sistemləri sahəsini qeyd edə bilərik”. Diplomat hazırda davamı olaraq əməli işə necə keçmək barədə danışıqlar aparıldığını deyib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info