BSU-da Xocalı faciəsi yad edilib
Tarix: 26.02.2016 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


Dünən Bakı Slavyan Universitetində (BSU) Xocalı faciəsinin 24-cü ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.
Mərasimdə çıxış edən BSU-nun rektoru, professor Asif Hacıyev Xocalıda insanların məhz etnik mənsubiyyətinə görə genosidə məruz qaldığını deyib. Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Xocalı soyqırımına siyasi, hüquqi qiymət verildiyi, faciənin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı mühüm işlər görüldüyünü vurğulayıb. Dövlət başçısı İlham Əliyevin Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılmasına, erməni vandalizminin ifşasına xüsusi diqqət yetirdiyini qeyd edən professor Asif Hacıyev Xocalı faciəsinin dünya miqyasında tanıdılmasının hər bir Azərbaycan vətəndaşının borcu olduğunu söyləyib. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət” kampaniyası çərçivəsində faciənin dünyaya çatdırılması ilə bağlı Bakı Slavyan Universitetində təhsil alan gənclər tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib. BSU-nun dosenti Sadir Məmmədov Xocalı faciəsinin ağır nəticələrinin Azərbaycan xalqının taleyində qoyduğu dərin izlərdən söz açıb. Soyqırımın şahidlərindən olan S. Məmmədov əliyalın, dinc əhaliyə qarşı törədilən qətliamın insanlığa qarşı cinayətdən daha dəhşətli hadisə olduğunu vurğulayıb. Tədbirdə Xocalı faciəsinin şahidlərindən “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu, Qarabağ müharibəsi veteranları və Şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev və başqaları hadisə ilə bağlı çıxış edib.




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Prezident Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
26.06.2019
Əlahiddə Ümumqoşun Ordusu Naxçıvanın təhlükəsizliyinin qarantıdır
26.06.2019
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
26.06.2019
Gədəbəyin daha üç yaşayış məntəqəsinə təbii qaz verilib
26.06.2019
Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətində ötən ay 651 müraciətə baxılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info