İnşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
Tarix: 23.02.2013 | Saat: 01:34:00 | E-mail | Çapa göndər


Dünən Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Bakı şəhərindəki orta ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında “Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.
Bakı Şəhər Gənclər və İdman İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda (GYF) keçirilən mərasimdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Xocalı faciəsi ilə bağlı videoçarx nümayiş etdirilib.
Tədbirdə Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Rasim Mirzəyev, GYF-nin prezidenti Əhməd Tecim, BŞGİBİ-nin rəisi Raqif Abbasov, Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və təbliğ üzrə müşaviri Seyid Əhməd Arslan, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov çıxış edərək ermənilərin 21 il əvvəl Xocalıda törətdikləri soyqırımı haqqında danışıb, bu terror aktının XX əsrin ən qatı cinayəti olduğunu diqqətə çatdırıblar.
Çıxış edənlər Azərbaycanın qədim yaşayış məskəni olan Xocalıda törədilmiş soyqırımının insanlığa qarşı yönəlmiş bir cinayət olduğunu vurğulayıb, dünya birliyini və beynəlxalq təşkilatları bu qanlı qırğına hüquqi-siyasi qiymət verməyə çağırıb, şəhidlərin qanının yerdə qalmayacağına inamlarını ifadə ediblər.
Xüsusi vurğulanıb ki, gənclərimiz tariximizin qanlı səhifəsi olan Xocalı faciəsini unutmamalı, soyqırımı faktının dünya ictimaiyyətinə çatdırılması üçün çalışmalı, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə hər zaman hazır olmalıdırlar. Sonra müsabiqənin qalibləri mükafatlandırılıblar. Bildirilib ki, BŞGİBİ-nin keçirdiyi müsabiqənin məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, gənc nəsildə Vətənə sevgi hisslərinin aşılanması, Azərbaycan tarixinin təbliğ edilməsi, məktəblilərin dünyagörüşünün genişləndirilməsi, istedadlı şagirdlərin üzə çıxarılması olub.
Tədbirdə, həmçinin Xocalıda baş verən soyqırımı hadisələrini dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə elektron aksiya da keçirilib. Faciə ilə bağlı beynəlxalq təşkilatların e-mail ünvanlarına məlumatlar göndərilib.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info