İran Sumqayıtda dərman zavodu tikəcək
Tarix: 26.02.2016 | Saat: 01:26:00 | E-mail | Çapa göndər


“İyirmi dörd ildir İran xalqı Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqı ilə həmdərddir”. Bu sözləri İranın Azərbaycandakı səfiri Möhsun Pak Ayin dünən keçirdiyi mətbuat konfransında deyib. “Bu faciə nəticəsində həlak olanların ruhuna dualar oxuyuruq. Ümid edirik ki, nə burada, nə də dünyanın başqa yerlərində belə hadisələr baş verməz. Azərbaycanda sülh, əmin-amanlığın bərqərar olmasını istəyirik”, - deyə o, bildirib.
Səfir mətbuat konfransında deyib ki, iki ölkə arasında yaxın dostluq əlaqələrini nəzərə alaraq düşünürəm ki, İran Prezidenti bu il ərzində Azərbaycana səfər edə bilər. Səfir, həmçinin qeyd edib ki, Sumqayıtda dərman zavodunun tikintisi ilə bağlı gələn həftə İran nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir. Onun sözlərinə görə, zavod Sumqayıtdakı Kimya parkında tikiləcək: “Birinci mərhələdə burada ehtiyac duyulan dərmanlar İrandan Azərbaycana gətiriləcək. İkinci mərhələdə dərman istehsalının texnologiyası Azərbaycana gətiriləcək. Üçüncü mərhələdə isə həmin dərmanlar yüz faiz Azərbaycanda istehsal olunacaq”. Səfir deyib ki, Azərbaycan Prezidentinin İrana səfəri tarixi səfər idi: “Ən yüksək səviyyədə 11 sənəd imzalandı. Araz çayı üzərində “Xudafərin”, “Qız qalası” bəndlərinin tikintisinə aid olan dövlətlərarası sazişin imzalanması da böyük hadisədir". Səfir bildirib ki, imzalanan 11 sənədin ikisi neft-qaz sahəsində əməkdaşlıqla bağlıdır: "SOCAR və İranın "Qədr" şirkəti arasında neft-qaz sahələrinə investisiya ayrılması ilə bağlı anlaşma Memorandumu imzalandı. Bu sənədə əsasən, tərəflər neft-qaz sahəsində birgə yatırımlara dair razılığa gəlib. İkinci sənəd isə İran Milli Neft Şirkəti ilə SOCAR arasında imzalandı. Sənəddə Xəzər dənizində neft-qaz sahələrinin araşdırılması nəzərdə tutulur. Dəmir yolu şirkətləri arasında da sənədlər imzalandı. Bunlar Astara-Astara dəmir yolu xəttinin çəkilməsi və Astaraçay üzərində körpünün tikintisi ilə bağlıdır. Bundan başqa, imzalanmış gömrük, kənd təsərrüfatı, heyvandarlıq, səhiyyə sahəsində əməkdaşlığa dair sənədlərin də mühüm əhəmiyyəti var. Səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan sənəddə İranın Sumqayıtda dərman istehsalına başlaması niyyəti də var. İki ölkənin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirilkləri, ailə və qadın məsələlərində təcrübə mübadiləsini nəzərdə tutan sənədləri də qeyd etmək istərdim. Digər vacib sənəd isə fövqəladə hallarının aradan qadırılması sahəsində əməkdaşlıq sazişidir. Burada söhbət xüsusən Xəzər dənizində baş verən fövqəladə halların aradan qaldırılmasından gedir". Səfir bildirib ki, Azərbaycan Prezidentinin İrana səfəri zamanı iki ölkə arasında viza məsələsi ilə bağlı müzakirələr aparılıb. O bildirib ki, tərəflər turizm əlaqələrinin inkişafı üçün viza probleminin həllinin vacibliyini vurğulayıb: “İran vətəndaşları üçün viza rejimi ya birdəfəlik aradan qaldırılacaq, ya da vizaların verilməsi hava limanlarında və ya sərhəd-keçid məntəqələrində həyata keçiriləcək”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Salyanda Nəsiminin 650 illik yubileyi qeyd edilib
20.04.2019
Ölkə ərazidində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb
20.04.2019
Bu günün havası - Yağış hələ yağacaq...
20.04.2019
Lerik və Yardımlı rayonlarına qar yağıb
19.04.2019
Aprelin 22-dən problemli krediti olan şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info