“El Espectador”da “Xocalı soyqırımı, tarixin bir qara səhifəsi” adlı məqalə
Tarix: 26.02.2016 | Saat: 15:04:00 | E-mail | Çapa göndər


Kolumbiyanın, eləcə də Latın Amerikasının çoxtirajlı qəzetlərindən biri olan “El Espectador”da Xocalı soyqırımına həsr edilmiş, habelə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətindən bəhs edən “Xocalı soyqırımı, tarixin bir qara səhifəsi” adlı məqalə dərc edilib.
Azərbaycanın Kolumbiya Respublikasındakı səfirliyinin yaydığı məlumata görə, məqalədə Xocalıya hücum zamanı erməni hərbi birləşmələrinin mülki əhaliyə, qadınlara, uşaqlara, yaşlılara divan tutulduğu, xüsusi amansızlıqla kütləvi qırğın törətdiyi haqqında ətraflı məlumatlar yer alıb.
Yazıda Ermənistan siyasi ideoloqlarının "Dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyanı reallaşdırmaq cəhdlərinin on minlərlə insanın qətlə yetirilməsi, şəhərlərin və kəndlərin dağıdılması və Azərbaycan torpaqlarının işğalı ilə nəticələndiyi məqalədə qeyd olunur.
Ermənistanın Cenevrə Konvensiyasının protokollarını pozaraq dinc sakinlərə qarşı soyqırımı həyata keçirdiyini bildirən məqalə müəllifi onun hələ də BMT-nin işğal edilmiş Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının geri çəkilməsini tələb edən 4 qətnaməsini yerinə yetirməkdən, beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarından çıxmaqdan imtina etdiyini bildirir.
Məqalədə Xocalı faciəsinə bənzər hadisələrin təkrarlanmaması üçün Azərbaycanın bütün dünyada ”Xocalıya ədalət!” kampaniyasını həyata keçirdiyi qeyd olunur.
Məqalə ilə qəzetin elektron səhifəsində də tanış olmaq olar.
Tural




 
Bölməyə aid digər xəbərlər
04.02.2019
Ukrayna saytında azərbaycanlı jurnalistin Xocalı soyqırımı barədə məqaləsi yayılıb
27.01.2019
İstanbulda “Qarabağ və Xocalı soyqırımı” mövzusunda məruzə oxunub
10.01.2019
Xocalı tarixi və mədəniyyəti
16.08.2018
Türkiyə iqtisadiyyatının güclü olması Almaniya üçün önəmlidir
18.06.2018
TANAP Azərbaycanın iqtisadi göstəricilərini möhkəmləndirəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info