Xocalı soyqırımı qurbanlarının xatirəsi Parisdə anılıb
Tarix: 26.02.2016 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


Azərbaycanın Fransadakı səfirliyinin, Avropa Azərbaycan Cəmiyyətinin, Azərbaycanın Dostları və Ulduz assosiasiyalarının təşkilatçılığı ilə Parisin Müqəddəs Lüdoviq katedralında Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş konsert təşkil edilib.
Konsertdən əvvəl Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov xalqımızın tarixinə qanla yazılmış Xocalı faciəsi haqqında iştirakçılara geniş məlumat verib.
Elçin Əmirbəyov bildirib ki, erməni hərbi birləşmələri 24 il bundan əvvəl, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Azərbaycanın Xocalı şəhərinə hücum edərək XX əsrin görünməmiş faciəsini törədib, günahsız insanları amansızlıqla qətlə yetiriblər.
Səfir Xocalıda törədilən faciənin Fransanın Oradur-sür-Qlan kəndində törədilən vəhşiliklərlə eyniyyət təşkil etdiyini diqqətə çatdırıb. Bəşəriyyətə qarşı törədilən bu cinayətə beynəlxalq təşkilatlar tərəfindən hələ də siyasi qiymət verilməməsinə təəssüf hissi keçirdiyini bildirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyasının Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətini vurğulayan səfir artıq 12 ölkənin parlamentinin bu faciəni genosid aktı kimi tanıdığını qeyd edib. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində təşkil edilən tədbirlərin əsas məqsədi faciə ilə bağlı ədalətin bərqərar edilməsinə nail olmaq olduğu vurğulanıb.
Avropa Azərbaycan Cəmiyyətinin Paris ofisinin rəhbəri Marie-Laetitia Gourdin və Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva çıxış edərək fevralın 25-dən 26-sına keçən müdhiş gecədə erməni hərbi birləşmələrinin Xocalıda dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərdən söz açıblar.
Tədbirdə tarzən Ramiz Quliyev, skripkaçı Sabina Rakşeyeva “Lamoureux” orkestrinin müşayiəti ilə Azərbaycan və Avropa musiqiçilərinin əsərlərini ifa ediblər. Orkestrə beynəlxalq müsabiqələr laureatı Eyyub Quliyev dirijorluq edib. Konsertdə Qara Qarayevin, Fikrət Əmirovun və Vasif Adıgözəlovun əsərləri də səslənib.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info