ATƏT PA-nın iclasında Ermənistan nümayəndəsinin çıxışına sərt cavab
Tarix: 26.02.2016 | Saat: 15:06:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz kimi, Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 15-ci qış sessiyası keçirilir.
Əsas müzakirə mövzusu “Miqrant və qaçqınların insan haqları” olan Demokratiya, insan haqları və humanitar məsələlər üzrə ümumi komitənin iclasında çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova bu gün Avropanı çıxılmaz vəziyyətə salan qaçqın probleminə toxunub. O qeyd edib ki, ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində Azərbaycan ATƏT regionunda böyük qaçqın axını problemi ilə üzləşən ilk ölkədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan artıq insan evsiz qalıb: “Ancaq biz bu humanitar fəlakətin öhdəsindən gəlməyi bacardıq. Bu gün bizdə çadır düşərgələri yoxdur, savadlılıq, qaçqınlar da daxil, yüz faizlik səviyyəsinə çatıb, beynəlxalq təşkilatların dəstəyi ilə “Böyük qayıdış” proqramı işlənilib və ümid edirəm ki, münaqişənin sülh yolu ilə həllindən və qaçqınlar öz yurdlarına qayıtdıqdan sonra bu proqram repatriasiya prosesinə öz töhfəsini verəcək”. O, Azərbaycanın humanitar böhranların aradan qaldırılması sahəsində qazandığı təcrübəni bölüşməyə hazır olduğunu bildirib.
Azərbaycan təmsilçisi qeyd edib ki, bu gün qaçqın dalğası bütün Avropanı bürüyüb və hiss olunur ki, Yaxın Şərq və Şimali Afrika ölkələrindən öz ev-eşiyindən didərgin düşmüş qaçqınlara qarşı şəfqət və yardım etmək arzusu getdikcə daha çox nifrət və aqressiya ilə əvəz olunur. Miqrantların sayı artır və bəzən vəziyyəti idarə etmək olmur. Bir tərəfdən Avropa tərəfindən bəyan edilmiş Avropa dəyərləri, qaçqınların sığınacaqla təmin edilməsi öhdəlikləri var. Digər tərəfdən isə miqrant və qaçqınlar Avropaya iqtisadi yük kimi gəlir və “qaçqın” adı altında “İslam dövləti” döyüşçülərin buraya gəlməsi təhlükəsi də böyüyür. Getdikcə dərinləşən qaçqın probleminin qarşısını almaq üçün çıxış yolunun mövcud münaqişələrin həlli yolunu birgə tapmaq, dünya xəritəsində yeni münaqişələrin yaranmasının qabağını almaq və günahkar insanların və ölkələrin öz cəzalandırılmasını təmin etməkdən ibarət olduğunu bildirən B. Muradova Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Qeqamyanın çıxışına öz münasibətini bildirərək vurğulayıb ki, Azərbaycan tərəfinin çıxışını təhrif etməklə fikirlərini ittihamlar üzərində quran Ermənistan nümayəndəsinə cavab verməkdənsə, məhz Ermənistan hökumətinin günahları üzündən çətin tale yaşayan insanların problemlərinin səsləndirilməsinə üstünlük verir.
Bundan əlavə, digər mövzular ətrafında çıxış edən B.Muradova bildirib ki, biz müstəqil dövlət olaraq beynəlxalq təşkilatlarla, o cümlədən, vasitəçi qurumlarla münasibətlərimiz öz müstəsna hüquqlarından istifadə edərək özümüz qururuq və onların fəaliyyətinə də münasibətimizi sərbəst şəkildə, söz azadlığı əsasında ifadə edirik.
“Biz burada yalan və dezinformasiya azadlığından yox, əsl söz azadlığından danışırıq. Həqiqətən də dezinformasiya və yalan bizim burada bəzi həmkarlarımızın dilində heç bir sərhəd tanımır. Bir daha qeyd etmək istəyirəm ki, heç bir Dağlıq Qarabağ Respublikası mövcud deyil. Azərbaycanın tarixi və ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ regionu var və 20 ildən artıq erməni işğalı altındadır. Heç kim tərəfindən tanınmamış və heç bir zaman tanınmayacaq bir qanunsuz qondarma rejimin adını çəkərək həmkarları yalnış məlumatlandırmaq olmaz.
Cənab Qeqamyan, düşünməyin ki, terrorizm və təcavüzü dövlət siyasəti səviyyəsinə qaldıran bir ölkə olaraq, törətdiyiniz əməlləri Minsk qrupunun fəaliyyətsizliyini müdafiə etmək, onların vəkili obrazında çıxış etməklə əsl mahiyyətinizi ört-basdır edəcəksiniz.
Bilirsinizmi, sizinlə mənim bir siyasətçi kimi fərqimiz nədədir? Siz əli azyaşlı günahsız uşaqların, qadınların, qocaların qanına batmış, gec-tez ədalət məhkəməsi qarşısına çıxacaq bir prezidenti dəstəkləyirsiniz. Mən isə dünyada sülh, qarşılıqlı yardım, multikultural dəyərləri, ölkəsinin iqtisadi və coğrafi imkanları bir örnək kimi təqdim edən bir Prezidenti dəstəkləyirəm. Buna görə də, sizin çıxışlarda konstruktivizm və sülhpərvərlik əvəzinə daha çox aqressiya və süni emosionallıq hiss olunur. Xahiş edirəm, öz çıxışlarınızda bir daha mənim Prezidentimin adını çəkməyin!”.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info