Əmanətçilərə kompensasiya ödənilməsi davam edir
Tarix: 26.02.2016 | Saat: 15:17:00 | E-mail | Çapa göndər


"Bank of Azerbaijan" ilə "Gəncəbank"ın əmanətçilərinə ümumilikdə 23 milyon 175 min manat kompensasiya ödənilib.
Əmanətlərin Sığortalanması Fondundan (ƏSF)  bildirilib ki, kompensasiyanın 22 milyon 500 min manatı "Bank of Azerbaijan"ın, 675 min manatı isə "Gəncəbank"ın əmanətçilərinə ödənilib.
Qorunan əmanətçilər ərizə formalarını fondun Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən ofisindən, "Bank of Azerbaijan"ın və "Gəncəbank"ın, eləcə də agent bankların filiallarından və www.adif.az saytından əldə edə bilərlər. Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Sığorta hadisəsinə görə fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.
Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən seçilmiş agent banklar vasitəsilə "Texnikabank" ASC-nin sənədləri qaydasında olan əmanətçilərinə isə 40 milyon 100 min manatdan artıq kompensasiya ödənilib.
"Texnikabank"ın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq "Muğanbank", "Rabitə Bank", "Unibank" və "Kapitalbank" seçilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Səkkiz ayda Azərbaycana gələn əcnəbilərin 41,3 faizi hava nəqliyyatından istifadə edib
21.09.2019
Azərbaycan Prezidenti: “Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək”
20.09.2019
“Neftdən əldə edilən gəlirlərin xalqın rifahına yönəltmək kimi əsas məqsədə nail olundu”
20.09.2019
Sahibkarların nəzərinə!
20.09.2019
“Azərbaycanın bütün sahələrində olduğu kimi, dağ-mədən və hasilat sahəsində də inkişaf yaşanır“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info