“Xocalıya ədalət” banerləri Koreyada
Tarix: 26.02.2016 | Saat: 15:27:00 | E-mail | Çapa göndər


Azərbaycanın Koreyadakı Səfirliyinin təşəbbüsü ilə  Seul şəhərinin mərkəzi ərazisində yerləşən Yongsan  rayonunun İtaevonküçəsində “Xocalıya ədalət” banerləri asılıb.Səfirlikdək bildirilib ki, Xocalı soyqırımı barəsində Koreya ictimaiyyətinə geniş məlumat vermək məqsədi fevral ayının 23-dən asılan banerlər 15 gün orada qalacaq. Məlumata görə, 21.87 kv.km əraziyə malik olan və 227 min əhalinin yaşadığı Yongsan rayonu Seul şəhərinin mərkəzi rayonlarından biri olmaqla bərabər xarici turistlərin ən çox ziyarət etdiyi ərazilərdəndir. Rayonda əsasən, xarici ölkələrin Seulda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların binaları yerləşir.
“Xocalıya ədalət” kampaniyası çərçivəsində fevral ayının 23-25-də "BUTA" Azərbaycan-Koreya Tələbə Təşkilatının üzvləri soyqırımı barəsində səfirlik tərəfindən Koreya dilində hazırlanmış müxtəlif tipli təbliğat materiallarını şəhər sakinlərinə paylayıblar.
Xocalı soyqırımı barəsində Koreya ictimaiyyətinə geniş məlumat vermək məqsədi ilə ölkənin koreya və ingilis dilli KİV-ində məqalələr dərc edilib, həmçinin, səfirlik tərəfindən hazırlanmış press-relizlər Koreyanın müxtəlif qurumlarına, Seulda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinə və beynəlxalq təşkilatlara göndərilib. Bununla yanaşı, səfir Rəmzi Teymurovun ölkədə ingilis dilində nəşr olunana “Korea Herald” qəzetində Xocalı soyqırımına dair məqaləsi dərc edilib. 
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info