“Növbəti devalvasiya olmayacaq”
Tarix: 26.02.2016 | Saat: 15:28:00 | E-mail | Çapa göndər


Elman Rüstəmov: "Əmanətlərin Sığortalanması Fonduna lazımi həcmdə vəsait veriləcək"

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov Novruz bayramı ərəfəsində devalvasiya olacağı barədə yayılan xəbərlərə münasibət bildirib.
E. Rüstəmov deyib ki, bu barədə yayılan şayiələrin əsası yoxdur: “Görürsünüz ki, son zamanlar Azərbaycan manatı xarici valyutalar qarşısında möhkəmlənir. Digər tərəfdən, neftin qiyməti ilə bağlı dövlət büdcəsinə yenidən baxıldı. Həmçinin, müşahidə edirik ki, son zamanlar neftin qiyməti yüksək olmasa da, stabil qalıb. Ölkənin xarici ticarət balansı ilə bağlı vəziyyət də inkişafa doğru gedir. “Üzən məzənnə”yə keçiddən sonra manatın kursunda problem müşahidə olunmur. Bütün bunlar onu deməyə əsas verir ki, növbəti devalvasiya bağlı deyilənlərin heç bir əsası yoxdur”.


E.Rüstəmov bildirib ki, əmanətlərin Sığortalanması Fondunun vəsaitləri tükəndiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulduğu qaydada Mərkəzi Bank Fonda lazımi həcmdə vəsait verəcək: “Burada heç bir qorxulu şey yoxdur. Ləğv olunmuş bankların əmanətçilərinə kompensasiyaların verilməsi prosesi davam edir. Fondun qiymətli kağızları var idi, o kağızlar da satıldı, əvəzində müəyyən həcmdə vəsait cəlb olundu. Orada kəsir çox da böyük deyil. Mərkəzi Bank artıq o vəsaitlərin Əmanətlərin Sığortalanması Fonduna verilməsi ilə bağlı Fondla danışıqlar aparır. Bu, hər iki qurum arasında olan ilk əqd olacaq. Düşünmürəm ki, uçot dərəcəsindən yuxarı faiz dərəcəsi olacaq".
O, həmçinin bildirib ki, bank sektorunda konsolidasiya prosesi artıq yekunlaşıb: 
"Altı bankın lisenziyası ləğv olunub. Sistemdən zəif banklar uzaqlaşdırılıb. Bunun nəticəsində bank sektorunun dayanıqlığı yüksəlib. Yalnız "AGBank" kapitallaşma ilə bağlı problemi həll etmək üzrədir. Güman edirəm ki, indiki mərhələdə konsolidasiya prosesini yekunlaşdırmışıq", - deyə baş bankir bildirib.
İpoteka krediti ilə bağlı məsələyə də toxunan E.Rüstəmov deyib ki, ipoteka kreditləri məbləğin artırılması gözlənilir, faiz dərəcəsinin aşağı salınması isə yeni yaradılan "Azərbaycan İpoteka Fondu" ASC-nin səlahiyyətində olacaq. Baş bankirin sözlərinə görə, sosial ipoteka üzrə faiz dərəcələrində heç bir dəyişiklik olmayacaq. "Kommersiya ipotekasına gəlincə isə, faiz dərəcəsi müzakirə mövzusudur. Bazarda yeni reallıqlar var. Bu reallıqlara uyğun olaraq, qərar qəbul olunacaq. Yeni yaradılacaq "Azərbaycan İpoteka Fondu" ASC dövlətdən, dövlət büdcəsindən vəsait gözləməməlidir. Fondun özü qiymətli kağızlarını buraxmaqla, bazardan vəsait cəlb edə, qiymətli kağızlara xarici investorların marağını artıra bilər. Bu, Mərkəzi Bankın mövqeyidir. Belə olduğu halda, daha çevik faiz siyasəti həyata keçiriləcək. Bilirsiniz ki, ilkin olaraq sosial ipoteka üçün dövlət büdcəsindən Fonda 50 milyon manat ayrılacaq. Bazardan da əlavə vəsait cəlb olunacaq. Hesab edirəm ki, Mərkəzi Bank da özünün məqsədlərinə müvafiq olaraq, ölkədə iqtisadi stabilliyi təmin etmək üçün  bu proqramda iştirak edəcək”, - deyə E. Rüstəmov qeyd edib.

Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Yanvar-avqust aylarında əsas kapitala 9 milyard manata yaxın vəsait yönəldilib
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info