ABŞ Konqresində Xocalı qətliamına həsr olunmuş tədbir
Tarix: 26.02.2016 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


ABŞ Konqresində Xocalı qətliamına həsr olunmuş xüsusi tədbir təşkil edilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən bildirilib ki, “Xocalıya Ədalət” kampaniyasına dəstək çərçivəsində keçirilən tədbirdə ABŞ konqresmenləri və Konqresin əməkdaşları, ABŞ-ın ATƏT-in Minsk Qrupundakı həmsədri Ceyms Uorlik, diplomatik korpusun üzvləri, o cümlədən Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç, ABŞ-dakı Azərbaycan və türk icmaları, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak edib.      
Çikaqo Amerika-Azərbaycan Cəmiyyətinin (Azerbaijani Center of Midwest America) prezidenti Mehriban Məmmədova çıxışında Xocalı qətliamının Azərbaycan xalqının qanlı yaddaşında buraxdığı izlərdən danışıb.   
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov qətliamın doğurduğu faciəvi nəticələrdən söz açıb, bildirib ki, bu ağır qətliamın yad edilməsi əslində regionda sülhün tezliklə bərpa edilməsinin vacibliyini xatırladır. Səfir üzləşdiyi bütün acılara və haqsızlıqlara baxmayaraq, Azərbaycanın gələcəyə baxdığını vurğulayıb və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həllinin uzaq olmadığına ümid etdiyini söyləyib. 
ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupun həmsədri Steve Cohen, Nümayəndələr Palatasının Avropa və Avrisiya üzrə alt-komitəsinin sədri Dana Rohrabacher, konqresmenlər Henry Cuellar və Donald Payne öz nitqlərində ilk növbədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdiyini bildirib və ABŞ tərəfindən bu münaqişənin nizamlanması üçün daha fəal səylərin göstərilməsinin vacibliyini diqqətə çatdırıblar. Konqres üzvləri hər bir insan həyatının dəyərli olduğunu göstərərək, Xocalı qurbanları arasında böyük sayda qadın və uşaqların olmasının ayrıca üzüntüyə səbəb olduğunu ifadə ediblər.
Sonda  Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi, xüsusilə Xocalı faciəsindən bəhs edən film göstərilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
İsveçrə portalında Novruz bayramı haqqında yazı yerləşdirilib
20.03.2019
Terror təşkilatı PKK tərəfdarlarının Kölndə işğal təşəbbüsü
19.03.2019
Brüsseldә bomba hәyәcanı
19.03.2019
Nursultan Nazarbayev istefa verib
19.03.2019
ABŞ-da Perunun eks-prezidenti saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info