Xocalı həqiqətləri Efiopiya mətbuatında
Tarix: 26.02.2016 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev Efiopiyanın tanınmış radio-kanalı “AfroFM”in canlı efirində Xocalı Soyqırımı haqqında müsahibə verib.
Bu barədə Azərbaycanın Efiopiyadakı səfirliyindən məlumat verilib.
Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin dinc sakinlərinə qarşı xüsusi amansızlıq və qəddarlıqla cinayətlərin törədildiyini qeyd edən səfir E.Abdullayev artıq 20-dən çox xarici dövlətlərinin qanunverici orqanları tərəfindən Xocalı soyqırımının tanındığını vurğuladı.
Səfir E.Abdullayev cinayətkarların cəzasız qalmayacaqlarını və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında aparılan “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının dünya ictimaiyyətinin məlumatlandırılmasına və Xocalıda törədilmiş bu cinayətlərə hüquqi və siyasi qiymətin verilməsinə yönəldiyini bildirib.
Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalıda uşaqlara, qadınlara və yaşlılara qarşı törədilmiş vəhşiliklərdən dəhşətə gələn radio-aparıcısı bu cinayətlərə beynəlxalq ictimaiyyət tərəfindən ədalətli qiymətin verilməsinin davam edəcəyinə ümidvar olduğunu bildirib.
Səfir E.Abdullayev cinayətkar hərbi diktatura rejimi tərəfindən idarə olunan Ermənistanın beynəlxalq ictimaiyyətin mövqeyinə qarşı hörmətsizlik nümayiş etdirərək, Azərbaycanın 20% torpaqlarının hələ də işğal altında saxladığını, BMT Təhlükəsizlik Şurasının 4 Qətnaməsinin tələblərinin yerinə yetirmədiyini və 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzün öz tarixi torpaqlarına dönə bilmədiklərini vurğulayıb. Səfir qeyd edib ki, dünya ictimaiyyəti bu ədalətsizliyə biganə qalmamalıdır.
Müsahibənin sonunda səfir E.Abdullayev ölkəmizin tarixi, mədəniyyəti, tolerantlığı haqqında dinləyicilərə məlumat verib və Azərbaycanın mədəniyyətlərarası dialoqun aparılmasında xüsusi rolu barədə danışıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info