Xarkovda Xocalı qurbanlarının anım gecəsi keçirilib 
Tarix: 26.02.2016 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


Xarkov şəhərində Xocalı qurbanlarının anım gecəsi keçirilib.
Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü ilə Xarkov Palas mehmanxanasının konfrans salonunda Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Anım mərasimində Xarkov Vilayət administrasiyasının nümayəndələri, nüfuzlu ali təhsil ocaqlarının rektorları,elm və mədəniyyət xadimləri, diaspora və kütləvi informasiya vasitələri nümayəndələri iştirak edib.
Ermənilərin son 2 əsrdə Azərbaycan xalqına qarşı həyata keçirtdiyi soyqırımı siyasətini tarixi faktlarla mərasim iştirakçIlarının diqqətinə çatdıran Azərbaycanın Xarkov şəhərindəki fəxri Konsulu Əfqan Salmanov,24 il bundan öncə erməni silahlı birləşmələrinin Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirtdikləri amansız soyqırımı siyasətindən bəhs edib.
Dünya birliyinin və beynəlxalq təşkilatların idiyədək belə bir bəşəri cinayətə hüquqi siyasi qiymət verməmələrini tarixi ədalətsizlik kimi səciyyələndirən fəxri konsul, son illər Heydər Əliyev fondunun vitse prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə Xocalıya ədalət kompaniyası çərçivəsində həyata keçirilən tədbirlərin erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadığını diqqətə çatdırıb.
Sonra tədbirə qatılanlar Heydər Əliyev fondu tərəfindən hazırlanmış və Xarkovdakı fəxri konsulluğumuz tərəfindən Ukrayna dilinə tərcümə olunmuş Qarabağ həqiqətləri filminə baxmaqla ermənilərin Xocalıda törətdikləri misli görünməmiş vəhşiliklərlə tanış olublar.
Xocalı faciəsini qəddarlıq baxımından insanlığa yönəlik faşizm nümunəsi adlandıran Xarkov Milli Daxili İşlər Universitetinin rektoru Valeri Sokurenko, belə bir ağır cinayəti törədənlərin beynəlxalq tribunal qarşısında cavab vermələrinin vacibliyini vurğulayıb.
Tədbirdə dünya birliyini və beynəlxalq təşkilatları haqqa və ədalətə səsləyən Xarkov Şərqşünaslıq İnsititunun direktoru Tatyana Karpo, Ukraynanın tanınmış jurnalisti Darya Radçenko və digər şəxslər Xocalını yerlə yeksan edən erməni canilərinin ən ağır cəzaya məhkum olmalarının zəruriliyini bildiriblər.
Anım mərasiminin sonunda Xocalı soyqırımına hüquqi siyasi qiymət verilməsi üçün Ukrayna parlamentinə və bir sıra beynəlxalq təşkilatlara müraciət qəbul olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
İtaliyada üç terrorçu həbs olunub
24.05.2019
Aprel ayında İdlib vә Hәmaya edilәn hücumlarda azı 38 uşaq hәlak olub
24.05.2019
Nursultan Nazarbayevə Türk Şurasının Fəxri prezidenti statusu verilib
24.05.2019
İraqın şimalında türk әsgәri şәhid olub
24.05.2019
Hindistanda baş verən yanğında azı 15 yeniyetmə həyatını itirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info