«Qərb rusların gözündən düşüb»
Tarix: 23.02.2013 | Saat: 01:45:00 | E-mail | Çapa göndər


Qərb dairələri Rusiyanın sərgilədiyi mövqeni anlamaqda çətinlik çəkirlər. Bu haqda «The Christian Science Monitor» qəzetində dərc edilən yazıda məlumat verilib. Müəllif Fred Ueyr yazır ki, Moskva ABŞ-ın gücünə qarşı eynilə SSRİ kimi cavab verir.

Uşaqların övladlığa verilməsinin qadağan edilməsi, BMT-də vetonun tətbiqi, Kerrinin 6 gün ərzində Lavrovla telefon əlaqəsi yarada bilməməsi göstərir ki, Rusiyanı sadəcə anlamaq mümkün deyil: «Amma sovetlərin vaxtında Moskva sırf ideoloji doqmaların təsiri ilə qərar verirdi. Amma indi vəziyyət dəyişib. Rusiyalı ekspertlər bildirirlər ki, əslində Rusiya geosiyasi məkanda nə istədiyini bilir və buna uyğun davranır. Amma Qərb isə heç bir strategiyaya, dəyərə əməl etmir. Qərb hesab edir ki, Rusiya 90-cı illərdə demokratik islahatlar həyata keçirməyə çalışırdı. Amma bu gün Putin sovet illərinin ritorikasını geri qaytarıb. Rusiyalılar hesab edir ki, Qərb sözünə əməl etməyərək onların ölkəsini izolyasiyaya alıb, NATO keçmiş sovet ölkələrinə doğru irəliləyir. Ruslar bildirir ki, Qərb artıq onların gözündə cəlbediciliyini, qüsursuz görünüşünü itirib. Rusiya inqilab alovuna qarşı çox mənfi münasibət bəsləyir. Moskva keçmiş sovet ölkələrindəki «qərbyönümlü və demokratik inqilablar»dan şoka düşmüşdü və hesab edirdi ki, bunların hamısı xaricdən təşkil olunur. Rusiya «ərəb baharı»na da şübhə ilə yanaşır. Rusiyalı ekspert Dmitri Trenin bildirir ki, Moskvanın Suriyanı müdafiə etməsi sırf hipotetik həmrəylik və ya ticarət müqaviləsi ilə bağlı deyil. Moskva Şimali Qafqazdakı vəziyyətdən ehtiyatlanır. Rusiyanın xarici işlər naziri Lavrov bildirir ki, üsyançıları müdafiə etməklə Qərb islamçı-döyüşçülər qazanıb və onlar bütün region üçün təhlükədir». Müəllif məqaləsində bildirir ki, Putin hakimiyyətə gəldikdən sonra əyalətlərdə belə, antiamerika ritorikası yaranıb.
ANAR




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info