Qars ictimaiyyətinə Xocalı faciəsi barədə məlumat verilib
Tarix: 26.02.2016 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


Xocalı soyqırımı qurbanlarının xatirəsi Azərbaycanın Qarsdakı baş konsulluğu tərəfindən keçirilən mərasimdə də yad edilib.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Baş konsul Ayxan Süleymanlı Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu qeyd edərək, bu soyqırımının erməni faşistləri və bilavasitə onların havadarları olan keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən törədildiyini diqqətə çatdırıb. O, Xocalı şəhərinin sakinlərinə qarşı törədilmiş soyqırımının təkcə Azərbaycan xalqına deyil, insanlığa qarşı ən ağır cinayətlərdən biri olduğunu vurğulayın. Diplomat Xocalı soyqırımının törədilməsində Ermənistanın keçmiş prezidenti R.Köçəryanın, indiki prezidenti S.Sarkisyanın və müdafiə naziri S.Oqanyanın birbaşa rəhbərlik və iştirak etdiklərini diqqətə çatdırıb. O, Xocalı soyqırımına hüquqi qiymətin ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini, sonrakı illərdə dünyanın bir sıra dövlətləri, o cümlədən ABŞ-ın 20-dən artıq ştatı və İslam Konfrans Təşkilatı tərəfindən soyqırımı kimi tanındığını və pislənildiyini bildirib.
Sonra Qarsdakı Qafqaz Universitetinin dosenti, həmyerlimiz Ellada Gərayzadə erməni terrorçularının Xocalı şəhərini tamamilə yer üzündən silmələri, əsir götürülmüş insanlara misli görülməmiş işgəncələr verilməsi barədə faktları diqqətə çatdırıb.
Çıxışlardan sonra Qars Qafqaz Universitetinin tələbəsi Hasan Eskici "Ya Qarabağ, ya ölüm!" adlı şeirini oxuyub.
Qars vilayətinin müftisi Mehmet Genç şəhid olanların ruhuna Qurandan dualar oxuyub.
Daha sonra Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar fotoslayd və sənədli film nümayiş etdirilib.
İştirakçılar Xocalı soyqırımı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini əks etdirən müxtəlif təbliğat materialları ilə tanış olublar.
Sonra ehsan süfrəsi açılıb.
Qeyd edək ki, Azərbaycanın Qars şəhərindəki baş konsulluğunun mətbuat açıqlaması yerli KİV tərəfindən yayılıb.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi
14.11.2018
Türkmənistan qazı TAPI boru kəməri ilə iki il ərzində Pakistana çatdırılacaq
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info