Dövlət Xidmətində Xocalı faciəsinə həsr olunmuş anım mərasimi keçirilib
Tarix: 26.02.2016 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Öncə Xocalı soyqırımının qurbanları 1 dəqiqəlik sükutla yad edilib.
Mərasimi açan Xidmət rəisinin müavini general-mayor Novruzəli Orucov Xocalının işğalı zamanı ermənilərin dəhşətli cinayətlər törətdiklərini deyib: “Xocalıda törədilən soyqırım bütün dünyanın gözü qarşısında baş verdi. Hətta ermənilər özləri də bunu açıq etiraf edirlər. Azərbaycan xalqının düşməni, erməni yazıçısı Zori Balayan “Ruhumuzun canlanması” adlı kitabında Xocalıda törətdikləri cinayət əməlləri geniş şəkildə açıqlayır”.
Novruzəli Orucov Xocalı faciəsinə hüquqi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin xüsusi rolu olduğunu qeyd edərək, artıq dünyanın Xocalı faciəsini soyqırımı kimi qəbul etdiyini bildirib: “Ermənilər dünyada özlərini məzlum kimi göstərərək böyük cinayət törətdilər. İndi isə dünya ermənilərin əsl kimliyini görməyə başlayır. Artıq bir neçə ölkə, ABŞ-ın ştatları Xocalı faciəsini rəsmi şəkildə soyqırım kimi tanıyıb”.
Daha sonra “Xocalıda Son Gecə” filmi nümayiş etdirilib.

Fuad






 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Türkiyənin məşhur firması Bakıda 3 yeni mağaza açacaq
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info