BVF: “Qlobal iqtisadiyyat üçün risklər artır”
Tarix: 27.02.2016 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Christine Lagarde Çindən böyük sərmayə çıxışlarının qlobal iqtisadiyyat üçün riskləri artırdığını söyləyib. G20 maliyyə nazirləri və Mərkəzi Bankı başçılarının konfransında iştirak etmək üçün Şanxayda olan Lagarde, burada çıxışı zamanı Çin iqtisadiyyatında böyümənin 2016-cı ildə 6,3 faiz olmasını gözlədiklərini bildirib.
Lagarde, həmçinin İngiltərənin AB-dən ayrılma ehtimalının investisiya rəqəmlərində özünü göstərməyə başladığını ifadə edib.
Digər tərəfdən Çin Mərkəz Bankı başçısı Zhu Xiaochuan, Çin iqtisadiyyatını dəstəkləmək, ixracı artırmaq üçün devalvasiyaya getməyəcəklərini söyləyib.

Lockhart:
“Yüksələn faiz banklar üçün risk meydana gətirir”
“FED” başçısı Dennis Lockhart, yüksələn faizlərin bankların mənfəətlərini zəiflətməklə yanaşı, bankların daşınmaz əmlaklarını da risk altına saldığını söyləyib. Lockhart, bank ilə əlaqədar keçirilən konfransda deyib ki, son 10 ildə ilk dəfədir ki, bank işçiləri yüksələn faiz mühitində ciddi problemlə üzləşiblər. “FED”-in pul siyasəti ilə məşğul olan Federal Açıq Bazar Komitəsi (FOMC), bazar qarışıqlığı və qlobal səviyyədə yavaşlayan iqtisadiyyat ilə ABŞ-da yüksələn inflyasiya arasında balans yaratmağa çalışır. FOMC üzvlərinin dekabr konfransında təqdim etdiyi təxminlərə görə, 2016-cı ildə dörd faiz artım gözlənilirdi. Onlar 15-16 mart tarixində Vaşinqtonda yeni proqnozlarını təqdim edəcəklər. “FED” nümayəndələri, ötən ilin dekabr ayında təxminən 10 il sonra ilk dəfə faiz artımına getdi. Cari ilin ilk ayında isə faizləri dəyişdirilməyərək 0.25 faiz ilə 0.50 faiz aralığında tutmaq qərarını alıb.

Avropa Birliyi ölkələrində
inflyasiya artıb

Avropa Statistika Ofisinin (Eurostat) açıqladığı məlumatlara görə, avro bölgəsində yanvar ayında illik inflyasiyada 0,4 faiz artım gözləməsinə qarşı 0,3 faiz olub. İnflyasiyanın əsas komponentlərinə baxıldığında, yanvar ayında illik inflyasiyaya ən çox yuxarı istiqamətli təsir, restoran və kafelər, tütün və meyvədən gəlib. Avtomobil yanacaqları, qızınmaq üçün istifadə edilən yanacaq və mavi yanacaq isə inflyasiyaya ən böyük aşağı istiqamətli təsir edib. Avropa Birliyinin 10 ölkəsində mənfi illik inflyasiya nisbəti təyin olunub. 28 üzvü olan Avropa Birliyində illik inflyasiyanın yanvar ayında 0,2 faiz artdığı müşahidə edilib. İllik mənfi inflyasiya sıralamasında, ən aşağı nisbət 1,7 faizlə Polşada qeydə alınıb. Onu 1,5 faizlə Bolqarıstan və 1,1 faizlə də Kipr izləyir. AB-də ən yüksək illik inflyasiya nisbətinə sahib ölkələr də 1,8 faizlə Belçika, 1,4 faizlə Avstriya və 1,3 faizlə İsveç olub.

İngilis bankı 3 milyard dollara
yaxın zərər edib

İngiltərə dövlətinin əsas payçısı olduğu Royal Bank of Scotland (RBS), ardıcıl səkkizinci dəfə illik zərərini açıqlayıb. Balans əleyhinə açılan iddialar üçün ayrılan yardım və yenidən qurulma xərcləri səbəbi ilə təzyiq altında olan bank keçən ilin sonunda 1.97 milyard sterlinq (2.75 milyard dollar) zərər edib. Bankın zərəri əvvəlki ilə nisbətən 43 faiz azalıb. RBS, 2008-ci ildə İngiltərə dövlətindən 45 milyard sterlinq yardım aldığından bu yana mənfəət əldə edə bilməyib. Bir zamanlar qısa bir müddətə də olsa dünyanın ən böyük bankı olan RBS, zərər etdiyi səkkiz ili xərcləri azaltmağa və fəaliyyət sahələrini sadələşdirmək üçün çalışaraq keçirib. Bank beynəlxalq fəaliyyətini də azaldıb. Bankın səhmlərinin 73 faizi hələ İngiltərə dövlətinin əlindədir.

“Standard & Poor`s Rusiyanın
böyümə proqnozlarını aşağı salıb

Beynəlxalq kredit dərəcələndirmə quruluşu “Standard & Poor`s” (S & P) Rusiyanın 2016 və 2017-ci illər üçün iqtisadi böyümə proqnozlarını aşağı salıb. Kredit dərəcələndirmə quruluşunun açıqlamasında, Rusiyanın bu il üçün iqtisadi böyümə qiymətləndirməsi 0,3 faizdən 1,3 faizə, gələn il üçün isə 1,8 faizdən 1 faizə salındığı qeyd edilir. Rusiya iqtisadiyyatının ötən il 3,7 faiz nisbətində kiçildiyini xatırladılan “S & P” şərhində, ölkənin bu il də kiçilərək böhranın ikinci ilini keçirəcəyi vurğulayıb. “S & P” təşkilatının şərhində qeyd edilir ki, neftin qiymətinin ortalama 40 dollar səviyyəsində olaçağı gözlənilir. Rusiyada azalan daxili tələbatla birlikdə idxalın da önümüzdəki dövrdə azalmasının gözlənildiyi vurğulanan şərhdə, qlobal tələbin aşağı olması səbəbi ilə Rusiyanın ixrac səviyyəsində də boşluq artacaq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info