Özlərini Masallı ziyalıları kimi təqdim edənlər kimlər olub?
Tarix: 23.02.2013 | Saat: 01:52:00 | E-mail | Çapa göndər


21 fevral 2013-cü il tarixdə RATİ-nin mətbuat mərkəzində özlərini Masallı ziyalıları İB-nin üzvləri adlandıran bir qrup şəxs mətbuat konfransı keçirərək Masallı Rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə sahələrinə diqqət ayırmaması, quruculuq işlərinin aparılmaması, şikayətçiləri qəbul etməməsi kimi böhtan və şantaj dolu fikirlər səsləndirərək rayonda görülən işlərə qara yaxmağa çalışıblar.
Bununla bağlı İcra Hakimiyyətindən “Azadinform”a verilən açıqlamada bildirilib ki, səsləndirilən fikirlərin cüzi də olsa təsdiqi yoxdur: “Məlumat üçün bildiririk ki, Masallı rayonunda həyat öz axarı ilə davam edir, ictimai-siyasi vəziyyət tam sabitdir. Rayonun bütün ərazilərində tikinti-quruculuq işləri həyata keçirilir, insanları narahat edən sosial problemlər aradan qaldırılır. Son illərdə rayonda 34 yeni məktəb binası tikilib və əsaslı təmir olunub. Hazırda 5 məktəbin tikintisi və 1 məktəbin əsaslı təmiri sürətlə davam etdirilir. Ümumilikdə 30 km-ə yaxın yol, 70 km-dən artıq qaz xətti çəkilib və təmir olunub, rayonun rabitə sistemi bütövlükdə elektronlaşdırılıb, onlarla səhiyyə və mədəniyyət ocaqları inşa olunub”. Həmçinin yeni park və xiyabanlar salınır, SİP kabelləşmə işləri davam etdirilir. Masallı şəhərinin su kanalizasiya sistemi yenidən qurulur, dəniz ətrafı 38 yaşayış məntəqəsinə içməli su xəttinin çəkilişinə başlanılıb.
İcra Hakimiyyətindən qeyd olunub ki, bütün bunları gözü görməyən, vəzifə davası aparan, ziyalılıqdan danışmağa heç bir mənəvi haqqı olmayan, özünü Masallı ziyalıları ictimai birliyinin sədri adlandıran, vaxtilə rayon icra hakimiyyətində Hüquq şöbəsinin müdiri işləyən, yarıtmaz fəaliyyətinə görə vəzifəsindən azad olunmuş Məmmədağa Eynullayev DSK-da bitərəf katib işləyən, seçki prosesində yol verdiyi ciddi saxtakarlığa görə MSK-nın qərarı ilə tutduğu vəzifədən azad olunan Ramil İbadullayev ilə birlikdə rayonda görülən işlərə qara yaxır: “Eynullayev Məmmədağa Bəndalı oğlu Masallı rayon Musaküçə kənd sakinidir. Orta ixtisas təhsilli mühəndisdir. 1991-1997-ci illərdə AXC-nin fəal üzvü olub və həmin dövrdə Biləsuvar Gömrük Keçid məntəqəsinin rəisi vəzifəsində çalışıb. 1997-ci ildə orta təhsilli olmasına baxmayaraq, Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1997-ci ildə saxta yolla hazırda fəaliyyət göstərməyən “Naxçıvan” Universitetinin hüquqşünas ixtisası üzrə diplomunu əldə edib. 2005-ci ildə YAP-a üzv qəbul olunub. Tutduğu vəzifədən sui-istifadə edərək bir çox qanunsuz hərəkətlərə yol verib, o cümlədən Masallı bazarında insanları aldadaraq onlardan qeyri-qanuni yolla mağaza binası üçün yer satma qarşılığında pul aldığı üçün 2010-cu ildə tutduğu vəzifədən azad olunub. Vəzifədən azad olunduqdan sonra mütəmadi olaraq bir qrup ruhi xəstələri və cəmiyyətdə mənfi imiclə tanınan şəxsləri ətrafına yığaraq rayonda sabitliyi pozmağa cəhd göstərib, o cümlədən 2011-2012-ci ilin əvvəllərində aclıq aksiyası keçirib. Buna görə də 2012-ci ildə YAP sıralarından xaric olunub. Hazırda müxalifət partiyaları ilə əməkdaşlıq edir və onların tapşırıqlarını icra edir”.
Açıqlamada vurğulanır ki, artıq hər şeyi yaxşı anlayan, ağı qaradan seçən ictimaiyyətimiz Məmmədağa və Ramil kimilərin yalançı, böhtan dolu hay-küyünə uyan deyil.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info