Avropada mühacirlər özlərini asırlar
Tarix: 27.02.2016 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Avropa II Dünya müharibəsindən bu yana qarşı-qarşıya qaldığı ən böyük insani dramla çalxalanır.
Belə ki, Makedoniyanın bazar ertəsi günü İraq və suriyalılar xaricindəki mühacirlərə sərhədini birdən-birə bağlaması Avropada yaşanan mühacir böhranını başqa bir səmtə yönəldib. Bu dəfə 20 min mühacir Yunanıstanda qapalı qalıb. Yunanıstandakı bütün mərkəzlər dolunca stadionlar mühacirlərə ev sahibliyi edir. Yüzlərlə insan sanki aclıqla döyüşür. İngiltərənin “Daily mail” qəzetinin xəbərinə görə, bütün bunlara tab gətirməyən iki pakistanlı mühacir Afinanın mərkəzindəki Viktorya Meydanında etiraz üçün özünü asmağa qalxıb. Mühacirlər parçaları birləşdirərək özlərini ağacdan asıblar. Onlardan biri dünyasını dəyişib, digəri isə şüurunu itirib və xəstəxanaya aparılıb.
BMT-nin açıqlamasına görə, keçən il Türkiyə üzərindən Yunanıstana 800 mindən çox mühacir keçib. Böyük nisbətdə Suriya və iraqlı olan mühacirlər Yunanıstandan Avropaya çatmağa çalışır. Dünən BMT-nin Miqrasiya üzrə Ali Komissarlığı, ən az doqquz aylığına yüzlərlə otağı olan otelləri kirayəyə götürəcəyini açıqlayıb.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info