“Rusiya artan qızıl ehtiyatı ilə dolların hakimiyyətini sarsıdacaq”
Tarix: 27.02.2016 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


Rusiya son illər dünya qızıl ehtiyatlarını artırmaqdadır. Ölkə Ukrayna böhranı ilə bağlı iqtisadi qadağalara məruz qalsa da, qızıl ehtiyatlarının həcmini artırmaqda davam edir.
Almaniyanın “Die Welt” nəşrinin məlumatına görə, qızıl ehtiyatların fəal surətdə artıran Moskva bununla “yenilməz” dollar və Qərbin maliyyə sisteminə problemlər yaradır. Nəşrin yazdığına görə, Rusiya və Çinin qızıl bazarındakı fəallığı dolların hakimiyyətini sarsıda bilər. Qeyd edək ki, Qərbin maliyyə sistemində artan şübhələr ABŞ-ı bu ölkələr üzərindəki təzyiq imkanlarından da məhrum edə bilər. Xatırlatmaq yerinə düşər ki, yaranmış qeyri-sabit iqtisadi vəziyyətdə qızıl ən yaxşı sığorta vasitəsidir. Bu qiymətli metal bütün dünyada qiymətini saxlamaqdadır və eyni zamanda, onun həcmini süni yolla artırmaq mümkün deyil. Qızıl ölkəni dünya bazarında yaranmış diferensial dərəcələrdən qorumaqla yanaşı, ölkə üçün yaranmış böhrana qarşı etibarlı müdafiə sistemi ola bilər. Qarşılaşdığı qadağalar və düşən neft qiymətləri baxımından Rusiya da bu yolla dollar asılılığından xilas olmağa çalışır. Ölkə prezidenti Vladimir Putin də bu istiqamətdə artıq lazımi addımlar atılması barədə göstərişlər verib. Qəzet yazır ki, 2005-ci ildən Rusiyanın qızıl ehtiyatları təqribən 4 dəfə, yalnız son 12 ay ərzində isə 200 tondan çox artıb və 1300 ton olub. Dünya bazarında Rusiyadan daha fəal qızılı əldə edən təkçə Çindir. Keçən il ərzində bu ölkənin qızıl ehtiyatları 62% artaraq 1600 tona çatıb. Beləliklə, qızıl Amerika və Avropanın valyuta hakimiyyətinin qarşısını almaq və onların maliyyə hökmranlığına xələl gətirmək üçün maliyyə silahına çevrilməkdədir. Lakin vurğulamalıyıq ki, Vaşinqton da Rusiyaya qarşı dollardan təzyiq vasitəsi kimi istifadə etməkdə davam edir. Qeyd edək ki, qızıl bazarında Rusiyanın fəallığı 2012-ci ildən geniş vüsət almağa başlayıb. Bununla yanaşı, bu ərəfədə Qərb ölkələrinin borc və maliyyə sistemi artmaqdadır. Belə görünür ki, artıq bir çox ölkələr özlərini dollardan da etibarlı bir şeylə təmin etməyə ehtiyac olduğunu başa düşməkdədir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
Rusiya hərbi kəşfiyyatının rəhbəri vəfat edib
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info