“Elektron sağlamlıq kartı”nın tətbiqi qaydası dəyişəcək
Tarix: 27.02.2016 | Saat: 00:58:00 | E-mail | Çapa göndər


Nazirlər Kabineti “Elektron sağlamlıq kartı" sisteminin tətbiqi Qaydaları”nda dəyişiklik edib. “Elektron sağlamlıq kartı” sisteminin və tibbi elektron registrlərin yaradılması qaydalarını müəyyən edir.
Sağlamlıq kartı sisteminin tətbiqi müvafiq elektron registrlərin hazırlanması vasitəsilə vətəndaşların sağlamlığı vəziyyətinə nəzarət sisteminin təkmilləşdirilməsini və operativ şəkildə şəxslərin sağlamlığı barədə məlumat bankının yaradılmasını təmin edir. Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan sağlamlıq kartı sistemi şəxsi, tibbi və sığorta məlumatlarını özündə saxlayan elektron informasiya sistemidir. Sağlamlıq kartı sisteminə daxil edilmiş informasiya Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzində cəmləşdirilir. Kartda olan informasiya təcili tibbi yardım maşınlarında, xəstəxanaların qeydiyyat şöbələrində, laboratoriyalarda, apteklərdə və s. kompüterlərə qoşulmuş xüsusi qurğular vasitəsilə oxunur və dəyişdirilir. Sağlamlıq kartı sistemində olan məlumatlar (xəstəlik tarixi, cari istifadə edilən dərman preparatları, peyvəndlər, tibbi sığorta və s.) kart sahibinə operativ və dəqiq müayinə olunmaq imkanı yaradır. Sağlamlıq kartının sahibi haqqında informasiyanın əldə edilməsi və dəyişikliklərin aparılması məqsədilə sistemə yalnız tibb müəssisəsinin rəhbərliyi tərəfindən müvafiq icazəsi olan şəxslər daxil ola bilərlər. “Elektron sağlamlıq kartı”nda olan pasport və şəxsiyyət vəsiqələrinin doldurulmasına aid məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir. Dəyişikliyə əsasən 2020-ci il yanvarın 1-dən 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşının “elektron sağlamlıq kartı” üzrə məlumatları onun fərdi identifikasiya kartının elektron daşıyıcısında (çipdə) yerləşdirilməsi üçün Əhalinin Dövlət Reyestri avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə ötürüləcək.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info