Qubernator Netan Dil Xocalı qətliamını növbəti dəfə pisləyib
Tarix: 29.02.2016 | Saat: 15:01:00 | E-mail | Çapa göndər


ABŞ-ın Corciya ştatının qubernatoru Netan Dil (Nathan Deal)Xocalı qətliamını növbəti dəfə pisləyib. 
Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan bildirilib. Məlumatda qeyd olunub ki, qubernatoru Netan Dil bəyanat imzalayaraq, Xocalı qətliamını növbəti dəfə kəskin şəkildə pisləyib. Bu, Corciya qubernatorunun Xocalı faciəsi ilə bağlı ikinci bəyanatıdır. Birinci bəyanat 2015-ci ildə imzalanıb.
Baş Konsulluğuna daxil olmuş bəyanatda qubernator N.Dil Xocalı qətliamının 24-cü ildönümü ilə əlaqədar bu qətliamın qurbanlarını yad edən geniş ictimaiyyətə qoşulduğunu elan edir və bununla bağlı öz dərin kədərini ifadə edir. Bəyanatda vurğulanır ki, Azərbaycan xalqı 1992-ci ildə 600 nəfərdən çox mülki şəxsin ölümü ilə nəticələnmiş amansız bir qətliama məruz qalıb. Qeyd olunur ki, belə dəhşətli zorakılıqların bir daha təkrarlanmaması üçün bu kimi hadisələrin unudulmaması, eləcə də, qətliam qurbanlarının ehtiramla yad olunması önəm daşıyır.
Eyni zamanda, qubernator Corciya ştatı sakinlərinin və digər ictimaiyyət nümayəndələrinin Xocalı dəhşətləri barədə daha ətraflı məlumatlandırılması üçün səylərin davam etdiriləcəyindən ümidvar olduğunu vurğulayır.    
Qubernator N.Dil sənədin sonunda bildirir: "Qoy, tarix səhifələrinə bir daha belə faciələr qara ləkə kimi düşməsin!"
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info