“Gənclərə aviasiyanın sirləri ən müasir texnologiyalar əsasında öyrədilir”
Tarix: 29.02.2016 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Fevralın 29-da “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, Milli Aviasiya Akademiyasının, Azərbaycan Mühəndislik Akademiyasının, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Aviasiya problemlərinin həllində gənclərin yaradıcılıq potensialı” mövzusunda gənclərin birinci elmi praktiki konfransı keçirilir.
Əvvəlcə tədbir iştirakçıları “Aviamodelizm” və tanınmış fizik İmaməddin Əmiraslanovun “NanoArt və Tessellation” sərgiləri ilə tanış olublar.
Sonra konfrans plenar iclasla işə başlayıb.
Tədbir iştirakçılarını salamlayan Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayev konfransın keçirilməsinin əhəmiyyətindən danışaraq bildirib ki, tədbir çərçivəsində mühazirələr və ustad dərsləri aviasiya problemlərinin həllində gənclərin rolunu daha da artıracaq. Akademik ölkəmizdə aviasiya və kosmik sənaye sahələrinin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.
Rəhbərlik etdiyi akademiyanın fəaliyyətindən bəhs edən A.Paşayev bildirib ki, təhsil ocağında gənc mütəxəssislərə bu sahənin sirləri ən müasir texnologiyalar əsasında öyrədilir.
Tədbirdə çıxış edən Bauman adına Moskva Dövlət Texniki Universitetinin rektoru Anatoliy Aleksandrov və digərləri də konfransın önəmindən danışıblar.
İki gün davam edəcək konfrans çərçivəsində müxtəlif mövzularda seminarların və ustad dərslərinin keçirilməsi nəzərdə tutulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib
20.09.2018
Prezidentin köməkçisi: “Ərazilərin minalardan təmizlənməsi humanist missiyadır”
20.09.2018
Azərbaycanın milli qəhrəmanları haqqında ingilis dilində məqalələr hazırlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info